· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Məktəb direktorları işə nə vaxt gəlirlər?

Əmək intizamı hamıya aiddir. Sıravi işçiyə də, müəssisə , təşkilat rəhbərinə də. Əslində müəssisə rəhbəri  ona daha ciddi riayət etməli və bu baxımdan tabeliyində olanlara nümunə göstərməlidir. Bəs görəsən təhsil müəssisələrində vəziyyət necədir? Müəssisə rəhbərləri işə vaxtında gəlirlərmi? Bunu öyrənmək üçün dünən səhər saat 8.40 dan 10.00-a kimi paytaxtda yerləşən bir sıra təhsil müəssisələri ilə telefon vastəsilə əlaqə saxladıq.

 

İlk zəng vurduğumuz təhsil ocağı 291 nömrəli "Araz" Ekologiya Liseyi oldu. Direktor Südabə Mikayılova dəstəyi özü qaldırdı.

245, 300, 18, 25, 29, 39, 53, 82  və 115 nömrəli orta ümumtəhsil məktəblərinin direktorları və Azərbaycan Maliyyə İqtisad Kollecinin, Bülbül adına Bakı Orta İxtisas Musiqi Məktəbinin, Respublika İncəsənət Gimnaziyasının, Kimya-biologiya təmayüllü liseyin rəhbərləri də zəng vurduğumuz vaxt yerində idilər.

Lakin yerində tapa bilmədiyimiz müəssisə rəhbərləri də oldu. 19, 51, 106, 158 və 201 nömrəli məktəblərin direktorlarını tapa bilməsək də, insafən katibələri yerində idi.

287 nömrəli "Zəkalar" liseyində də buna oxşar vəziyyət var idi.  Katibəsi liseyin direktoru Aygün Əhmədlinin işdə olmamasının səbəbini səhhətindəki problemlə əlaqələndirdi.

251 nömrəli məktəbdə  isə  vəziyyət bir az fərqli idi.  Direktorun katibəsi müəssisə rəhbəri Mahirə Kərimovanın işdə olmadığını, onun işə nə vaxt gələcəyini bilmədiyini dedi.

Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzi, Respublika Bədən Tərbiyəsi Mərkəzi Təhsil alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 95,116, 214, 237, 35, 16 nömrəli orta məktəblər, fizika-riyaziyyat və informatika təmayüllü lisey və Bakı İdarəetmə və Texnologiya Kollecində də direktorları vəzifə başında tapa bilmədik.

 

"Azərbaycan müəllimi"