|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyində görüş Yanvarın
27-də Təhsil Nazirliyində Türkiyənin milli
təhsil nazirinin müavini Sadettin Sabazın başçılıq
etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları səmimi salamlayan Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov görüşün
Azərbaycan təhsilinin inkişafında xüsusi
əhəmiyyət kəsb etdiyini dedi və çoxdan gözlənilən
bu səfərin təşkilatçılarına təşəkkürünü
bildirdi. Misir Mərdanov dost ölkədən gəlmiş
nümayəndə heyətinə Azərbaycanın təhsil
sistemi haqqında ümumi məlumat verərək son illər
bu sahədə uğurla həyata keçirilən islahatlardan,
əldə olunmuş nailiyyətlərdən söz açdı,
lakin texniki peşə təhsili üzrə gözəçarpan bir
irəliləyişin olmadığını təəssüf
hissi ilə qeyd etdi. Respublikada texniki peşə təhsilinin müxtəlif
inkişaf mərhələlərində formalaşaraq ölkə
iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan
ehtiyacının ödənilməsində mühüm rol oynaması
haqqında danışan nazir xatırlatdı ki, sovet dövründə
bu sahə ilə bağlı tədbirlər dövlət
tərəfindən həyata keçirilirdi, zavod və
fabriklərin inşası ilə eyni vaxtda onlar üçün
ixtisaslı fəhlələr hazırlayan texniki peşə
məktəbinin binalar kompleksi tikilirdi. Artıq ölkədə aparılan
sosial-iqtisadi islahatların peşə təhsili sisteminin
də yeniləşməsi zərurətini yaratdığını
deyən nazir son zamanlar bu sahəyə diqqətin artırıldığını,
onun dövrün tələblərinə uyğun
təkmilləşdirilməsi istiqamətində müvafiq
addımların atıldığını qeyd etdi,
"Azərbaycan Respublikasında texniki peşə
təhsilinin inkişafı üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)"nın icrası çərçivəsində
görüləcək işlərdən bəhs etdi. çıxışının
sonunda Azərbaycanın texniki peşə təhsili üzrə
böyük inkişaf yolu keçmiş və gözəl təcrübəyə
malik olan qardaş ölkənin yardımına arxalandığını
deyən təhsil naziri Misir Mərdanov Türkiyə
Respublikasının bu işdə, hər hansı formada
olursa-olsun, ölkəmizə dəstək olacağına ümid
etdiyini bildirdi. Sonra çıxış edən Türkiyə
Respublikasının milli təhsil nazirinin müavini Sadettin
Sabaz başçılıq etdiyi nümayəndə heyəti adından
tədbir iştirakçılarını salamladı.
Azərbaycana ilk dəfə gəldiyini bildirən türkiyəli
qonaq ikigünlük səfərləri ərzində ayrı-ayrı
təhsil pillələri üzrə müəssisələrlə
yaxından tanış olduqlarını dedi və bu tanışlıq
nəticəsində texniki peşə təhsili
sahəsində gerilik müşahidə etdiklərini
diqqətə çatdırdı. "Biz Azərbaycanı
həmişə qardaş ölkə görürük. Onun əskiyi
bizim əskiyimizdir" söyləyən Sadettin Sabaz texniki
peşə təhsili sahəsindəki islahatlara yardım,
təcrübə mübadiləsinin aparılması, peşə
təhsili müəssisələri arasında qarşılıqlı
əlaqələrin yaradılması və s.
məsələlərdə ölkəmizə yardım göstərməyə
hazır olduqlarını vurğuladı və bununla bağlı
bir sıra təkliflərini səsləndirdi. Türkiyə Respublikasının mövcud
təhsil sistemindən bəhs edən
məruzə-təqdimatını Mustafa Kamal Atatürkün
"Təhsilə qoyulan vəsait gələcəyə
qoyulan vəsaitdir" kəlamı ilə başlayan
Sadettin Sabaz öz çıxışında son 5 ildə bu
sahədə görülən işlər, həyata keçirilən
proqramlar, eləcə də peşə təhsili müəssisələrinin
strukturu və fəaliyyəti haqqında tədbir iştirakçılarına
ətraflı məlumat verdi. öz növbəsində nümayəndə
heyətinin digər üzvləri - Erkək Texnik öyrətim
Genel müdiri Hüseyn Acır, Qız Texnik öyrətim Genel müdiri
Eminə Kirac, Sağlıq İşlətmələri öyrətim
Genel müdiri Nezir Kahraman və Xarici Əlaqələr İdarəsinin
rəisi Hasan Kaplan da təmsil etdikləri sahələr üzrə
məruzə-təqdimatlarla çıxış etdilər. Qeyd edək ki, bu səfər Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli
Təhsil Nazirliyi arasında təhsil və elm
sahəsində əməkdaşlıq haqqında imzalanmış
protokola əsasən təşkil olunmuşdu. Hicran ƏKBƏROVA
|