|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
NDU-da Gənclər günü qeyd olundu Naxçıvan
Dövlət Univesitetində 2 Fevral Gənclər günü münasibəti
ilə konfrans keçirildi. Konfransı universitetin tədris işləri
üzrə prorektoru, əməkdar elm xadimi, filologiya
elmləri namizədi Hüseyn Həşimli açaraq ölkədə
Gənclər gününün hər il mütəşəkkil şəkildə
qeyd olunduğunu söylədi. Natiq ölkəmizdə
əhalinin 65 faizini gənclərin təşkil etdiyini,
Azərbaycan gəncliyinin yüksək mənəviyyata
və müasir dünyagörüşünə, milli mentalitetimizdən
irəli gələn bir çox dəyərlərə malik
olduğunu vurğuladı, gənclərə göstərilən
hərtərəfli dövlət qayğısından və
yüksək etimaddan bəhs etdi. Universitetin tələbə gənclər
təşkilatının sədri, Prezident təqaüdçüsü
Mehdi Əliyev "ümummilli lider Heydər Əliyev müstəqil
Azərbaycanın gənclər siyasətinin
qurucusudur" mövzusunda məruzə edərək 1997-ci
ildə ulu öndər Heydər Əliyev
tərəfindən 2 Fevral Gənclər gününün elan
edilməsi ilə bağlı qərar qəbul edildiyini
xatırlatdı. Məruzəçi ümummilli liderin
gənclər siyasətinin bu gün də ölkə başçısı
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsindən, ictimai-siyasi, iqtisadi və digər
sahələrdə gənclərin fəallığının
artmasından, dövlətin idarəetmə strukturlarında
gənclərə xusisi yer verilməsindən danışdı.
"Gənclər günü və universitet
gənclərinin vəzifələri" barədə
məruzə edən universitetin YAP Gənclər birliyinin
sədri Mehdi Abdullayev ölkədə sosial-iqtisadi islahatların
ararılmasında gənclərin müstəsna rol oynamalarından
söz açdı. Dövlətin gənclərə göstərdiyi
misilsiz qayğıya cavab olaraq tələbə
həmkarlarını elmdə, təhsildə böyük
nailiyyətlər qazanmağa, ictimai-siyasi
proseslərdə fəal vətəndaşlıq mövqeyi
tutmağa çağırdı. NDU-nun Tələbə Həmkarlar İttifaqı
Komitəsinin sədri Sərxan İsmayılov
"Universitet həyatında gənclərin rolu" adlı
məruzəsində universitetdə oxuyan tələbə
gənclərin dövlət siyasətini yekdilliklə
dəstəklədiklərini, beynəlxalq və ümumrespublika
səviyyəli simpozium və konfranslarda, olimpiadalarda, idman
yarışlarında iştirak edərək təhsil aldıqları
ali məktəbi layiqincə təmsil etdiklərini
bildirdi. Tədbirin sonunda əlamətdar bayram münasibətilə
istedadlı gənclərin bir qrupu mükafatlandırıldı. Mehriban SULTAN, Naxçıvan Dövlət Universiteti mətbuat şöbəsinin müdiri
|