· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyində görüş

Fevralın 3-də təhsil naziri Misir Mərdanov Koreya Politexnik Universitetinin prezidenti cənab Jun Yeonq Choinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycanla Koreya arasındakı əlaqələrin inkişafından söz açan nazir bu əməkdaşlığın hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra daha da genişləndiyini qeyd edib. Misir Mərdanov dövlətimizin başçısının Koreya ilə əlaqələrin yaradılmasına böyük önəm verdiyini açıqlayıb. Nazir həmçinin azərbaycanlı gənclərin Koreyada təhsili məsələsinə də toxunub və bu sahədə görülən işlərdən danışıb.

Cənab Jun Yeonq Choi qəbul üçün nazirə minnətdarlıq edib.İki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışan qonaq bu istiqamətdə lazımi işlər həyata keçirməyə hazır olduqlarını diqqətə çatdırıb.

Rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın müxtəlif ölkələrinin universitetləri ilə qarşılıqlı əlaqələrindən söz açan universitet prezidenti ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihə haqqında məlumat verib. Qonaq son illər ölkəmizin inkişaf yolunda müsbət addımlar atdığını nəzərə alaraq bildirib ki, onlar Bakı və ona yaxın ərazidə elm, eləcə də sənayenin inkişafına xidmət edən ali təhsil mərkəzi yaratmaq niyyətindədirlər. Cənab Jun Yeonq Choi bu istiqamətdə aparılan işlər, mövcud təcrübə barədə təqdimat edib.

Bu təklif üçün qonaqlara təşəkkür edən Misir Mərdanov layihənin əhəmiyyətini qeyd edib və belə bir mərkəzin Azərbaycanda fəaliyyət göstərməsi arzusunda olduğunu bildirib. Eyni zamanda nazir bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmağın vacibliyini qeyd edib.

Sonra Misir Mərdanov Dünya Bankı ilə imzalanmış Kredit Sazişi çərçivəsində ali təhsil sahəsi üzrə aparılacaq islahatlar barədə qonaqlara məlumat verib.

Görüşdə tərəflər layihə sənədinin daha da təkmilləşdirilməsini və bununla bağlı yenidən görüşərək müzakirə aparmağın vacibliyini qeyd ediblər.