|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək məlumat və resurs mərkəzi yaradılacaq Cari ildə Azərbaycanda bütün orta
məktəblərin vahid mərkəzdən İnternetə
qoşulmasını təmin edəcək məlumat
və resurs mərkəzi yaradılacaq. Mərkəzin açılışı
bu ilin mart ayına planlaşdırılır.
Mərkəz Azərbaycan Respublikası Prezidentinin 10 iyun
2008-ci il tarixli sərəncamına əsasən təsdiq
olunmuş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" çərçivəsində
təşkil edilir. Dövlət Proqramına əsasən
məlumat və resurs mərkəzlərində Şəbəkə
İdarəetmə Mərkəzi (ŞİM) yaradılmalı,
elektron məktəb idarəetmə sisteminin istifadəsi
sahəsində ölkəmizin ən qabaqcıl
məktəblərində pilot layihələr həyata keçirilməlidir.
Proqrama uyğun olaraq təhsil portalı yaradılması,
fənlər üzrə müasir elektron elmi-metodik
vəsaitlər kompleksindən istifadə olunması və
yayılması, elektron təhsil resurslar bazasının
hazırlanması və təhsil bazasına inteqrasiya
edilməsi nəzərdə tutulub. Artıq bu
sahədə müvafiq işlər aparılır. Onu da qeyd edək ki, təhsil sisteminin
inzibati idarəetmə, pedaqoji və texniki heyətinin
İKT savadlılığının artırılması
üçün treninq, eləcə də digər kompleks
tədbirlərin həyata keçirilməsi, kompüter şəbəkələrinin
təhlükəsizlik xidməti üzrə mütəxəssislərin
hazırlanması və müxtəlif treninq proqramlarında
iştirakına 2008-ci ilin noyabrından başlanmışdır.
Həyata keçirilən layihələrdən
biri də "Elektron məktəb" layihəsidir.
Layihənin icrasına 2008-ci ilin sonundan etibarən Bakı
şəhərində seçilmiş 10 qabaqcıl
məktəbdə başlanmışdır. Layihə çərçivəsində
məktəblər üçün əlavə noutbuk, proyektor
dəstləri və elektron lövhələr alınmışdır.
Cari ildə məlumat və resurs
mərkəzləri ilə bağlantı yarada
bilmələrini təmin etmək üçün həmin
məktəblər xüsusi proqram təminatı və
elektron dərslərlə təmin olunacaq. Hazırda
məktəblərdə yüksək sürətli İnternet,
İnternet bağlantısı vasitəsi ilə videogörüntünü
təmin edən fibro-optik kabel çəkilməkdədir,
həmçinin martda məktəblərdə İP-telefoniya
xidməti də quraşdırılacaq. Beləliklə, bu məktəblər
həm Bakı Şəhəri üzrə Təhsil İdarəsi,
həm Təhsil Nazirliyi, eləcə də məlumat
və resurs mərkəzləri ilə videobağlantılar
yarada biləcəklər.
Dövlət büdcəsindən təhsilə ayrılan xərclər ilbəil artır ölkənin təhsil sisteminin
maliyyələşdirilməsinin inkişaf dinamikasına
dair statistik rəqəmlər dövlət
tərəfindən təhsilə ayrılan büdcə
vəsaitinin, onun tərəqqisinə yönələn
xərclərin ilbəil artmasının göstəricisidir.
Belə ki, təhsilə ayrılan büdcə 2003-cü
illə müqayisədə 5 dəfədən çox artaraq
2008-ci ildə 1,1 milyard manata çatıb, 2009-cu ildə
isə 1,3 milyard manat təşkil edir. İnvestisiya qoyuluşları
2004-cü ildəki 5,8 milyon manatdan 220 milyon manata yüksəlib. Dövlət büdcəsində
xərclərinin çəkisinə görə ilk yerdə
dayanan təhsilin məktəbəqədər, ümumi orta,
o cümlədən ibtidai, əsas və orta, texniki peşə,
orta ixtisas və ali təhsil pillələri üzrə bir
təhsil alana düşən xərc də son bir neçə
ildə artıb.
Son on ildə beynəlxalq fənn olimpiadalarında 69 medal qazanılıb Azərbaycan məktəbliləri son 10
ildə riyaziyyat, fizika, kimya, biologiya və informatika
fənləri üzrə keçirilən dünya olimpiadalarında
69 medal əldə ediblər. Onlardan 10-u qızıl, 20-si
gümüş, 39-u isə bürünc medaldır. Ən böyük uğuru
fizika fənni üzrə yarışanlar qazanıblar. Onlar
indiyədək 29 medala sahib olublar ki, bunun da 5-i "qızıl"dır.
Daha sonra riyaziyyatçılar və kimyaçılar gəlir.
Onların hər biri 17 medal qazanıblar. Biologiya
fənnindən yarışanlar 12, informatika fənninin
təmsilçiləri isə 2 medal alıblar.
|