|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"İnnovativ müəllimlər" müsabiqəsi başa çatdı "Mikrosoft
Azərbaycan" şirkətinin Təhsil Nazirliyinin
dəstəyi ilə bu ilin əvvəlindən keçirdiyi
"İnnovativ müəllimlər" müsabiqəsi başa
çatıb. Bu münasibətlə fevralın 28-də paytaxtın
"Park İnn" otelində yekun mərasimi keçirildi.
Mərasimdə təhsil naziri cənab Misir Mərdanov, müsabiqəyə
dəstək vermiş Mədəd humanitar təşkilatı
və HP şirkətinin nümayəndələri, bəzi
ümumtəhsil məktəblərinin direktorları iştirak
edirdilər. Tədbiri "Mikrosoft Azərbaycan"
şirkətinin "Təhsildə əməkdaşlıq"
proqramının meneceri Emin Axundov açaraq bildirdi ki,
"Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda
innovasiyalar" adlı iki nominasiyanı əhatə
edən müsabiqədə paytaxtın və 13 bölgənin
ümumtəhsil məktəbindən 200 müəllim iştirak
etmiş, onlardan 20-si ilkin mərhələni aşaraq
finala vəsiqə almışdır. Finalçılar arasında
müsabiqənin iki nominasiyası üzrə qaliblər həm
ekspert, həm də valideyn münsiflər
tərəfindən müəyyənləşdirmişdir.
Ekspertlərdən ibarət münsiflər heyətinə tanınmış
informatika mütəxəssisi Ramin Mahmudzadə
rəhbərlik etmişdir. Akademik Zərifə Əliyeva
adına orta məktəbdə təşkil olunmuş
finalda hər iki nominasiya üzrə müvafiq olaraq I, II, III
yerləri tutan qaliblər müəyyənləşdirilmişdir.
Sonra söz təhsil naziri Misir Mərdanova
verildi. İştirakçıları salamlayan təhsil naziri
öncə tədbirin əhəmiyyətini qeyd etdi, onun
İKT savadlılığına
yiyələnməkdə müəllimlər üçün güclü
motivasiya olduğunu vurğuladı. Nazir qeyd etdi ki, İKT
dövlət başçısının siyasətində
prioritet istiqamət təşkil edir. Son illər sürətlə
inkişaf edən İKT-nin geniş tətdiq olunduğu
məkanlardan biri də təhsildir. Bu sahədə
həyata keçirilən bir dövlət proqramı artıq başa
çatmış, ikincisinə başlanmışdır. Nazir İKT-nin tətbiqi ilə bağlı
müxtəlif layihələr gerçəkləşdirən
qeyri-hökumət təşkilatlarının
fəaliyyətini təqdir edərək, bu işin onların
özünü də inkişaf etdirdiyini söylədi. Təhsil Nazirliyi olaraq İKT-nin tətbiqi
istiqamətində atdıqları addımlardan danışan
Misir Mərdanov işə yeni qəbul edilən
məktəb direktorlarının İKT sahəsində
bilik və bacarıqlarının yoxlandığını,
yaxın zamanlarda bunun işləyən bütün direktorlara
şamil ediləcəyini bildirdi. Qeyd etdi ki, yaxın
gələcəkdə ali məktəblərə
qəbul zamanı abituriyentlərin İKT üzrə
biliklərinin də yoxlanılması gözlənilir. çıxışının sonunda
qalibləri təbrik edən təhsil naziri onların bu işin
yayıcıları olmasını arzuladı, eyni zamanda
şirkət rəhbərlərini İKT ilə bağlı
işlərdə imkanları daxilində daha fəal iştirak
etməyə çağırdı. Mərasimdə münsiflər heyətinin
sədri Ramin Mahmudzadə, HP şirkətinin
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət
Hacıəlibəyov, Mədəd humanitar təşkilatı
İctimai Birliyinin direktoru Emil Məmmədov çıxış
edərək müsabiqənin yüksək səviyyədə
və obyektiv keçdiyini qeyd etdilər, qaliblərə
təbriklərini çatdırdılar. çıxışlardan sonra müsabiqənin
nəticələri açıqlandı. Məlum oldu ki,
"Məzmunda innovasiya" nominasiyası üzrə Bakı
şəhəri 7 nömrəli orta məktəbin müəllimi
Gülnarə Səlimova "Həyat
fəlsəfəsində rəqəmlərin möcüzələri"
layihəsi ilə I, Lənkəran şəhər 10 nömrəli
məktəbin müəllimi İlhamə Səfərova
"Enerji" layihəsi ilə II, Heydər Əliyev adına
liseyin müəllimi Ayna Sadıqova "Ətraf mühitin çirklənməsi"
layihəsi ilə III yerə layiq görülüblər. "Tərəfdaşlıqda
innovasiya" nominasiyasında Bakı Avropa Liseyinin müəllimləri
Rahilə Əliyarzadə və Bahar Kərimova birgə
"Virtual həyata təhlükəsizliyini qoru" (I yer),
Bakı şəhəri akademik Zərifə Əliyeva adına
məktəbin müəllimi Aygün Əzizova "öyrənərək
öyrədirik" (II yer), Bakı şəhəri 189 nömrəli
məktəbin müəllimi Zemfira Məhəmmədova
"İnsan insanlar aləmində" (III yer)
layihələri ilə qalib olmuşlar. Qaliblərə diplomlar və qiymətli
hədiyyələr təqdim olundu. Müsabiqədə I yeri
tutanlar bu il martın 24-26-da Avstriyanın paytaxtı Vyanada
keçiriləcək Avropa innovativ müəllimlər forumunda
Azərbaycanı təmsil edəcəklər. Yusif ƏLİYEV
|