|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı Fevralın 27-də Azərbaycan Respublikasının
Nazirlər Kabineti "İş və istirahət günlərinin
yerinin dəyişdirilməsi haqqında" qərar
qəbul etmişdir. Qərarda göstərilir ki, Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 105-ci
maddəsinin 7-ci hissəsinə əsasən Nazirlər
Kabineti iş və istirahət günlərinin ardıcıl
olmasını təmin etmək məqsədilə
2009-cu ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün
yeri dəyişdirilsin. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Modul proqramlar əsasında kadr hazırlığı məsələlərinə dair seminar Martın 2-də Təhsil Problemləri
İnstitutunda texniki peşə təhsilinin inkişafına
dair Dövlət Proqramı çərçivəsində növbəti
seminar keçirildi. Təhsil Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq
İdarəsi, Təhsil Problemləri İnstitutunun İlkin
Peşə Təhsilinin İnkişaf Mərkəzi və
Beynəlxalq Əmək Təşkilatının (BƏT),
maliyyə və təşkilati dəstəyi ilə keçən
seminarı Təhsil Nazirliyinin Texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədov açaraq adıçəkilən
sahənin yeni inkişaf mərhələsinə
qədəm qoymasından, bu sahəyə dövlət qayğısının
artmasından geniş söz açdı. Azərbaycan peşə
təhsilinin dünya təhsil sisteminə inteqrasiyası,
qabaqcıl təcrübənin öyrənilməsi
məqsədi ilə keçirilən seminar modul proqramlar
əsasında kadr hazırlığı
məsələlərinə həsr olunmuşdu. Beş gün
davam edəcək seminarın açılışında
Təhsil Problemləri İnstitutunun direktoru A.Mehrabov
institutun fəaliyyəti haqqında qısa məlumat
verərək bu ilin yanvarından fəaliyyətə başlayan
İlkin Peşə Təhsilinin İnkişaf
Mərkəzinin seminarının işinə uğurlar
dilədi. Sonra Beynəlxalq Əmək Təşkilatının
Azərbaycan üzrə koordinatoru Rəşad Fərəcov
çıxış edərək beynəlxalq layihələr
çərçivəsində keçirilən seminarların
əhəmiyyətindən danışdı. Seminarın işini aparacaq beynəlxalq
ekspert, BƏT-in Şərqi Avropa və Mərkəzi
Asiya üzrə subregional bürosunun əməkdaşı Danil
Anişenko (Ukrayna) modul sistemi ilə kadr hazırlamaq
məqsədini qarşısına qoyan seminarın işinin
hesabat xarakteri daşımadığını, gərgin
əmək tələb edən bir proses olduğunu vurğuladı. Seminarın birinci iş günü peşə təlimində modul yanaşma - MST-in prinsipləri, BƏT-in modul konsepsiyası, modul bloku MST sisteminin əsasıdır, əmək vərdişləri modulu bloku - modul blokları məcmusunda işin xüsusiyyətləri və digər məsələlər haqqında danışıldı.
Valideynlərin maarifləndirilməsi proqramı çərçivəsində treninqlər keçirilir Azərbaycan
hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası
arasında imzalanmış Kredit Sazişinə uyğun
olaraq həyata keçirilən Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihədə Məktəbə hazırlığın
inkişaf etdirilməsi komponenti çərçivəsində Qısamüddətli
qruplarda məktəbə hazırlıq və
Valideynlərin maarifləndirilməsi proqramlarının
tətbiqi nəzərdə tutulmuşdur. Bununla
əlaqədar pilot rayonlar (Lənkəran, Quba, Şamaxı,
Füzuli, Göygöl, Bakı şəhərinin Xətai rayonu)
seçilmiş və proqramlar tətbiq ediləcək müəssisələr
müəyyənləşdirilmişdir. Məktəbə hazırlığın
inkişaf etdirilməsi komponentinin icra planına uyğun
olaraq bu ilin fevralından iyuladək Valideynlərin
maarifləndirilməsi proqramı çərçivəsində müvafiq
treninqlərin keçirilməsi planlaşdırılmışdır.
Bununla əlaqədar treninqlərin proqramı, iştirakçıların
siyahısı və xərclər smetası təsdiq
edilmişdir. Artıq Bakı şəhərində
treninqlərin keçirilməsinə başlanmışdır.
Növbəti treninqlər qrafikə uyğun olaraq
Lənkəran, Füzuli, Şamaxı, Quba və Göygöl
rayonlarında keçiriləcəkdir. Naxçıvan Dövlət Universiteti daha bir beynəlxalq qurumun üzvüdür Naxçıvan Dövlət Universiteti Asiya
Universitetləri Assosiasiyasının üzvlüyünə
qəbul edilib. Bu barədə Assosiasiyanın baş katibi
professor-doktor Ruben Umalyunun NDU-nun rektoru, akademik İsa
Həbibbəylinin ünvanına göndərdiyi 3 fevral 2009-cu
il tarixli məktubunda məlumat verilir. Naxçıvan Dövlət Universiteti
beynəlxalq əlaqələrin inkişaf etdirilməsi
və informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi
sahəsində əldə etdiyi mühüm
nəticələrə görə Asiya Universitetləri
Assosiasiyasının üzvü olmaq imkanı qazanmışdır.
R.Umalyun bu beynəlxalq qurumun yaranma tarixi
və inkişaf yolu haqqında broşüraları, 2008-ci
ilə dair hesabatları, qarşıdakı dövr üçün
fəaliyyət proqramını NDU-nun rektoruna göndərmişdir. Məlumat üçün bildirək ki, Naxçıvan Dövlət
Universiteti 2007-ci ildən etibarən Avropa Rektorlar Klubunun üzvüdür.
Mehriban SULTAN, NDU-nun mətbuat şöbəsinin müdiri
|