|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Şənbə seminarları ənənə halını alıb Xətai rayonundakı 29 nömrəli
məktəbdə seminar-müşavirələrin keçirilməsi
artıq ənənə halını almışdır.
Həmin tədbirlərdə həmişə təhsil
islahatının həyata keçirilməsi, fənn
kurikulumlarının tətbiqi haqqında maraqlı
məruzələr dinlənilir, təcrübi işlər göstərilir. Məktəbin pedaqoji kollektivi ölkəmizin
təhsil sistemində baş verən yeniliklərlə tanış
olur, onların müzakirəsini keçirir, təlim prosesinə
tətbiq edir. Qabaqcıl müəllimlərin verdikləri nümunə
dərslər maraqla qarşılanır. Bu şənbə
seminar-müşavirəsində də ibtidai sinif müəllimi
Solmaz Yusifovanın "Kurikulumun tətbiqi haqqında"
məruzəsi maraqla dinlənildi. Məktəbin direktoru Ələddin Əliyevin
1995-2008-ci illər üzrə ali məktəblərə
qəbulun nəticələri haqqındakı çıxışı,
məzunların yüksək nəticələr göstərməsi
müəllimlərin zəhmətinin bəhrəsi olduğunu
sübut edir. Təsadüfi deyildir ki, keçənilki buraxılışda
34 məzunun 20-dən çoxu ali məktəbə daxil oldu.
Onlardan ikisi 600, üçü 500 baldan yuxarı nəticə göstərdi.
Builki buraxılışdan da daha yüksək
nəticələr gözlənilir. Bunun üçün bütün müəllim
kollektivi səy və bacarığını
əsirgəmir. Respublikamızın ümumtəhsil
məktəblərinin ibtidai təhsil pilləsi üçün
(I-IV siniflər) hazırlanmış fənn kurikulumları
bu tədris ilindən dərslərdə bu
məktəbdə də həyata keçirilir. Məktəbin müəllimləri interaktiv
təlim metodlarına üstünlük verirlər. 29 nömrəli orta məktəb müasir
məktəb nümunəsi kimi Xətai rayonunun ümumtəhsil
müəssisələri arasında seçilir.
R.ZİYADOV Milli Qəhrəmanın xatirəsi yad edildi Bakıdakı 32 nömrəli orta
məktəbdə Azərbaycanın Milli Qəhrəmanı
şəhid Məzahir Rüstəmovun xatirəsini yad
etmək üçün anım mərasimi keçirildi. Məktəbin direktoru Sevda Abdullayeva ilk öncə
Qarabağ torpaqlarında son nəfəsinə kimi
qəhrəmancasına vuruşan Məzahirin keçdiyi
həyat yolundan danışdı və dedi ki, indiki
gənclərimiz üçün örnək olan qəhrəmanın
xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır. Sonra qəhrəmanın atası, BDU-nun
professoru İzzət Rüstəmov torpaqlarımızın
azad olunmasında erməni qəsbkarlarına qarşı
mərdliklə vuruşan Məzahirin xarakterik xüsusiyyətlərindən
söz açdı və oğlunun xatirəsinin hər il yad
edildiyinə görə məktəbin pedaqoji kollektivinə
dərin minnətdarlığını bildirdi. Şakir CƏFƏROV |