Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  SABAH qrupu – Aktyor sənəti ixtisası  üzrə təhsil alan IV kurs tələbələrinin ifasında Gilyermo Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub.

Əməkdar artist, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə ərsəyə gələn  tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan tamaşada Ezop obrazını -Hilal  Dəmirov,  Kleyanı-Sevgin Rzayeva, Ksanfı-Corc Qafarov, Melitanı – Könül Ələkbərova, Kapitanı–Orxan İsgəndərli, Həbəşi isə Məhəmməd Musayev canlandırıb. Tamaşanın musiqisi isə Cahangir Zülfüqarova aiddir.

Qeyd edək ki, SABAH qrupu Aktyor ixtisası tələbələri dörd illik təhsil müddətində  “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah”, “Romeo və Culyetta”, “Sadə əhvalat” kimi bir-birindən uğurlu tamaşalar hazırlayıblar.

 

Bölmənin digər xəbərləri