· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

VII qurultayın gündəliyindən

1960-cı il noyabrın 14-də Azərbaycan SSR Elmlər Akademiyasının binasında başlanan ali məclis iki gün davam etmişdir. Qurultayı giriş sözü ilə Respublika Nazirlər Sovetinin sədri M.İsgəndərov açmışdır.

Qurultay ərəfəsində 579 nəfər maarif işçisi "Lenin", "Qırmızı Əmək bayrağı", "Şərəf Nişanı" ordenləri, "Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Nazirlər Sovetinin qurultaya təbriki oxunmuşdur.

Azərbaycan SSR maarif naziri, professor M.Mehdizadə və Azərbaycan LKGİ MK-nın birinci katibi M.Əlizadənin məktəblərin yenidən qurulması sahəsində, gəncliyin təlimi və tərbiyəsi istiqamətlərində qarşıda duran vəzifələri şərh edən geniş məruzələri dinlənilmişdir.

Sonra qurultayın mandat komissiyasının hesabatı ilə M.Zeynalov məruzə etmişdir.

Azərbaycan müəllimlərinin ali məclisində İ.Nadejkov (RSFSR), P.Solntsev (Belarusiya SSR), P.Mirqorodski (Ukrayna SSR) S.Zadin (Qazaxıstan SSR), A.Buylis (Latviya SSR), Y.Əsgərov (Tacikistan SSR), Q.Laşkaraşvili (Gürcüstan SSR) və başqalarının təbrik-çıxışları dinlənilmişdir. 2 gün davam etmiş ali məclisdə Azərbaycanın yaradıcı təşkilatlarının nümayəndələri də çıxış etmişlər.

 

VIII qurultayın gündəliyindən

1967-ci ilin 26 yanvarında Bakıda Azərbaycan müəllimlərinin sayca VIII qurultayı başlamışdır. Azərbaycan KP MK, Respublika Ali Soveti Rəyasət Heyəti və Azərbaycan SSR Nazirlər Sovetinin təbriki ilə açılan qurultayda maarif naziri, akademik M.Mehdizadənin "Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə respublika ümumtəhsil məktəblərinin tədris-maddi bazasının möhkəmləndirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi, pedaqoji elmin inkişafı və s. məsələlər təhlil, təqdir və ya tənqid edilmiş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.

Qurultayda SSRİ maarif naziri, professor M.A.Prokofyev, Azərbaycan KP MK-nın katibi Ş.Q.Qurbanov, Bakı Xalq Maarif Şöbəsinin müdiri Y.Stolyarevskaya,  Naxçıvan MSSR-in maarif naziri M.Bəktaşi, Şamxor RXMŞ müdiri T.Hacıyev, Bakıdakı 190 nömrəli məktəbin direktoru S.Tağıyeva, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri Z.Hüseynova, Latviya SSR-in maarif naziri M.Qedvilas, İsmayıllı RXMŞ müdiri İ.Həsənov, Tacikistan SSR-in xalq təhsil naziri R.Yusifbəyov, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri T.Allahverdiyev, Estoniya SSR-in maarif naziri F.Eysen, Azərbaycan Yazıçılar İttifaqından H.Abbaszadə çıxış etmişlər.

Qurultay həmçinin mandat komissiyasının sədri R.Rəhimovun məruzəsini dinləmiş, geniş məzmunda qətnamə qəbul etmişdir.