· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonunda şahmat məktəbi ilə tanış olub

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Xızı şəhərində şahmat məktəbi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, qısa müddətdə daxili imkanlar hesabına tikilib istifadəyə verilmiş məktəbdə bu qədim oyunun sirlərinə yiyələnmək üçün lazımi şərait yaradılmışdır. Gələcəkdə məktəbin genişləndirilməsi nəzərdə tutulmuşdur. Rayonun uşaq və gəncləri şahmata böyük maraq göstərirlər. ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar Xaçmazda keçirilmiş zona yarışlarında məktəbin yetirməsi Xalidə Abdullayeva birinci, respublika yarışlarında isə dördüncü yeri tutmuşdur. Məktəbdə beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini qoruyacaq şahmatçıların yetişəcəyinə ümid bəslənilir.

ölkəmizdə idmanın bütün növlərinə, o cümlədən şahmatın inkişafına göstərilən qayğıya görə Prezidentə minnətdarlıq bildirildi. Prezident İlham Əliyev gənc şahmatçılara uğurlar arzuladı.

 

AzərTAc