· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"Heydər Əliyev Fondunun fəaliyyəti" adlı kitab ingilis və alman dillərində nəşr olunub

Almaniyadakı "Azərbaycanın dostları" Cəmiyyətinin təşəbbüsü ilə ingilis və alman dillərində "Heydər Əliyev Fondunun fəaliyyəti" adlı kitab nəşr olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş kitab bir çox beynəlxalq təşkilatların rəhbərlərinin, nüfuzlu elm və siyasi xadimlərin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxah işləri barədə ürək sözləri ilə başlayır.

Nəşrdə Mehriban xanımın bəşəri dəyərlərə xidmət edən nəcib və misilsiz fəaliyyətinə yüksək qiymət verilmişdir. "İntershall Holding AG" şirkətinin dəstəyi ilə hazırlanmış kitabda Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr, Fondun genişmiqyaslı və çoxşaxəli fəaliyyəti haqqında məlumatlar xronoloji ardıcıllıqla əks olunmuşdur.

Kitabda Mehriban xanım Əliyevanın müxtəlif tədbirlərdə çıxışları və kütləvi informasiya vasitələrinə müsahibələri də yer almışdır.

Nəfis tərtibatda çap olunmuş kitab rəngli fotoşəkillərlə zəngindir.

Əsasən AzərTAc-ın materiallarından istifadə olunmaqla hazırlanmış kitabın siyasi məsləhətçisi Milli Məclisin deputatı, tarix elmləri namizədi Məlahət Həsənovadır.

AzərTAc

 

 

 

Heydər Əliyev Fondu Bakının Binə və Zirə qəsəbələrində uşaqlar üçün şənliklər təşkil edib

 

AzərTAc xəbər verir ki, avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Əzizbəyov rayonunun Binə və Zirə qəsəbələrində uşaqlar üçün şənliklər təşkil edilmişdir.

Yeni dərs ilinin başlanması ərəfəsində Binə qəsəbəsindəki uşaq bağçasında təşkil olunan şənliyə klounlar da dəvət olunmuşdular. Bağçanın müdiri Validə Aydəmirova demişdir ki, 2007-ci ilin mart ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva buraya gəldikdən sonra binanın təmirinə başlanmışdı. Qısa müddətdə təmir olunan bağça bu il mayın 9-da istifadəyə verilmişdir. Bağçamızda uşaqların yaxşı təlim-tərbiyə alması ilə yanaşı, onların sağlam böyüməsi üçün də hər cür şərait vardır. Uşaqlarımızın xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

200 uşaq üçün nəzərdə tutulmuş bağçada məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərir. Azərbaycan və rus bölmələrinin mövcud olduğu bağçada uşaqlara ingilis dili də öyrədilir.

Heydər Əliyev Fondunun uşaqlara bəxş etdiyi bayram şənliyi klounların şən və heyrətləndirici çıxışları, uşaqların şeir söyləməsi, həvəslə rəqs etməsi ilə yadda qaldı.

***

Zirə park kompleksindəki Səadət sarayında təşkil edilmiş şənlikdə Bakının müxtəlif uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, habelə Zirə qəsəbəsinin təhsildə fərqlənən şagirdləri iştirak etmişlər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən şənliyə Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Sankt-Peterburq şəhərindəki 46 nömrəli internat məktəbinin uşaqları və onların müəllimləri də gəlmişdilər.

Uşaqların sevincini bölüşmək, ən çətin vaxtlarda onların yanında olmaq kimi ali missiyanı öz üzərinə götürmüş Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində təşkil edilən əvvəlki şənliklərdə olduğu kimi, bu dəfə də respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə hamıda xoş ovqat yaratmışdılar. Rəqslərə qoşulan, yallı gedən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. çünki tanınmış sənətçilərin, klounların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

Sankt-peterburqlu uşaqlar da öz həmyaşıdlarına qoşulmuşdular. Onların müəllimi Nadejda Vasilyeva şənlikdə iştiraklarından məmnunluqlarını söyləmiş, Mehriban xanımın bu təşəbbüsünü yüksək qiymətləndirərək demişdir ki, belə tədbirlər uşaqların yaddaşında silinməz iz buraxır.

 

 

 

 

Heydər Əliyev Fondunun rusiyalı uşaqlara yay töhfəsi

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərindəki 46 nömrəli internat məktəbində təlim-tərbiyə alan uşaqların və onların müəllimlərinin bir qrupu avqustun 17-dən Azərbaycanda səfərdədir.

Səfər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Sankt-Peterburq vilayətinin qubernatoru Valentina Matviyenko ilə qarşılıqlı razılığı əsasında baş tutmuşdur.

Qubernatorla görüş zamanı Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri, o cümlədən "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı, habelə bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açmaqla yanaşı, Sankt-Peterburqun internat məktəblərindən birində təhsil alan uşaqları yay tətili günlərində Azərbaycana dəvət etmişdir.

Heydər Əliyev Fondu ongünlük səfər müddətində uşaqların Azərbaycanda səmərəli istirahəti üçün hər cür şərait yaratmaqla yanaşı, yeniyetmələrin mədəni - kütləvi tədbirlərdə iştirakına da xüsusi diqqət yetirmişdir.

Rusiyalı qonaqlar Nizami rayonundakı yeni təmir olunmuş 1 nömrəli uşaq evində və Şüvəlan qəsəbəsindəki yay düşərgəsində istirahət ediblər. ötən müddət ərzində sankt-peterburqlu uşaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, Bakının görməli yerləri, tarixi abidələri ilə tanış olmuşlar. Milli Azərbaycan Tarixi Muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində toxunan xalı-xalçalar, Mərdəkan dendrarisi, Sergey Yeseninin ev-muzeyi qonaqların marağına səbəb olmuşdur.

Onlar Heydər Əliyev Fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuş, maraqlı səfərə görə minnətdarlıqlarını bildirmişlər.