· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yeni dərs ili qarşısında

Azərbaycan təhsilinin yeni vəzifələri

Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Resrublikasının Prezidenti

 

XX əsrin doxsanıncı illərində yenidən müstəqillik qazanan Azərbaycan Respublikası iqtisadi, sosial, mədəni inkişafı üçün dövlət səviyyəsində siyasətini müəyyənləşdirdi və təhsilə xüsusi önəm verdi.

Təhsil cəmiyyətin ən ümdə problemlərini özündə daşıya bilən bir sosial prosesdir. Onun məzmun və strukturu elə hazırlanmalıdır ki, cəmiyyətin gələcək üfüqlərinin parıltıları oradan görünsün. Heç təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev təhsili müqəddəs bir sahə kimi qiymətləndirərək demişdir: "Təhsil millətin gələcəyidir... təhsil sahəsi müqəddəs bir sahədir. çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur". Bu fikirlər təhsil sahəsindəki fəaliyyətlərin əsasına gətirildi. Təhsil siyasətinin müəyyən olunmasında onlara istinad olundu. Artıq 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlanarkən, digər sahələrdə olduğu kimi, təhsildə də inkişafın başlıca istiqamətləri müəyyənləşdirildi.

1999-cu ildə Azərbaycan təhsilinin tarixində tamamilə yeni bir dövr başladı. İlk dəfə olaraq müstəqil Azərbaycan Resrublikasında Təhsil İslahatının  həyata keçirilməsinə zərurət yarandı. "Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı" təsdiq edildi və  bu islahat  ölkədəki təhsil həyatının bütün tərəflərini əhatə etməyə başladı. Bundan əlavə, onun tədricən, mərhələ-mərhələ (təkamül yolu ilə) aparılması mühüm prinsip kimi nəzərdə tutuldu.

Artıq Təhsil İslahatına başladığımız vaxtdan doqquz il keçir. Bu illər ərzində İslahat Proqramında müəyyən olunmuş iki bütöv mərhələni, eyni zamanda üçüncü mərhələdən də beş ilə yaxın bir dövrü arxada qoymuşuq. Həmin dövrdə ilkin olaraq hüquqi-normativ bazanın yaradılmasına, öyrədici innovasiya mərhələsinin başa çatdırılmasına, eyni zamanda ümumi təhsilin kurrikulumlarının hazırlanmasına nail olunmuşdur.

Azərbaycanda aparılan təhsil islahatlarının mühüm istiqamətini ümumtəhsil məktəbi kurrikulumlarının hazırlanması istiqamətində görülmüş işlər təşkil edir. Təbii ki, təlimin məzmunu, forma, metod və vasitələri istiqamətində hər zaman araşdırmalar aparılmış, məktəbə müvafiq istiqamətlərdə  göstərişlər verilmişdir. Lakin dünyanın qloballaşdığı, məlumatlı cəmiyyətin yarandığı və informatlaşdırmaya ehtiyacın olduğu hazırkı şəraitdə təhsili daha müasir modellərlə qurmaq, daha intensiv və informativ xarakterdə təşkil etmək, ən vacibi cəmiyyətin tələbatlarına uyğun zəruri kompetensiyaları müəyyənləşdirmək tələb olunur. Bütün bunlar, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da kurrikulum çərçivəsində təhsil standartlarını hazırlamağı, müvafiq təhsil strategiyalarını və qiymətləndirmə mexanizmlərini müəyyən etməyi tələb edirdi. 1999-cu ildən başlayaraq Azərbaycanda ümumi təhsilin durumunun öyrənilməsi ilə bağlı aparılan araşdırmalar bu firkin doğruluğunu meydana çıxardı. Eyni zamanda yeni məzmun, texnologiya, qiymətləndirmə məsələlərini ehtiva edən kurrikulum modellərindən istifadə olunmasını əhəmiyyətli bir müddəa kimi irəli sürdü. Bu müddəaların reallaşdırılması istiqamətində müzakirələr aparıldı və müvafiq təklif əsasında kurrikulumların hazırlanmasına başlanıldı.

Yeni texnologiya ilə milli səviyyədə kurrikulumun hazırlanması ölkəmizdə ilk hadisə idi. Nəticəyönümlü xarakterə malik olan, dəyərləri əks etdirən belə bir sənədin hazırlanması yeni  bacarıqlar və texnologiyalar tələb edirdi. Başlıca cəhət ondan ibarətdir ki, bu kurrikulumlarda Azərbaycan üçün xarakterik olan, onun ehtiyac və tələbatlarına uyğun gələn nəticələr öz əksini tapmalı idi.Nəticədə "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)" hazırlandı, geniş müzakirələrdən sonra Azərbaycan Nazirlər Kabineti tərəfindən 2006-cı ildə təsdiq olundu.

Belə bir konseptual sənədin dünya standartları səviyyəsində hazırlanaraq təsdiq olunması Azərbaycan təhsil tarixində ilk hadisə idi. Növbəti mərhələdə bu sənədə əsasən fənn kurrikulumları hazırlandı. İbtidai təhsilin I-IV sinifləri üçün fənn kurrikulumları təhsil naziri tərəfindən təsdiq edildi. Artıq yeni dərs ilində I siniflərdə onun tətbiqinə başlanacaqdır. Birinci sinifdə dərs deyəcək 9 minə yaxın müəllim təlim kurslarına cəlb edildi və müvafiq sertifikat aldı.

Yeni dərs ili bizi uğurlarımızı xatırlamağa, onlardan bəhs etməyə sövq etməklə yanaşı, həm də görüləcək işlər barəsində (vəzifələrimiz barəsində) də söhbət aparmağa istiqamətləndirir.  Sentyabr konfransı ənənəvi olsa da, o, hər il özünün yeniliyi, orijinal cəhətləri ilə əvvəlki illərə bənzəmir və ondan fərqlənir. Təbii olaraq 2008-2009-cu dərs ili də bu mənada yenidir. Azərbaycan təhsili tarixində ilk dəfə olaraq hazırlanmış kurrikulumlar tətbiq olunmağa başlayacaqdır.

Birinci sinifdə yeni kurrikulumların tətbiq olunması nə deməkdir?

İlk növbədə, bunu Azərbaycan ümumtəhsilində yeni təlim sisteminin, yeni məktəbin başlanğıcı kimi qəbul etmək lazımdır. Bir vaxt  müəyyən  layihə çərçivəsində  təşəbbüskar müəllimlərin təcrübəsində sınaqdan keçən yeni təlim texnologiyaları, fəal  təlim  strukturu  artıq yeni  kurrikulumların  bazasında kütləvi olaraq  respublikanın bütün məktəblərində, onun I siniflərində tətbiq olunmağa başlayır. İlk növbədə, bu siniflərdə dərs deyəcək müəllimlər bölmə iclaslarında fikir mübadiləsi aparmaqla, bu baxımdan fəaliyyətlərini planlaşdırmalı, işlərini daha səmərəli qurmaq üçün yeni nəşr olunan dərslikləri, onların  məzmun, struktur xüsusiyyətlərini öyrənməlidirlər.

Yeri gəlmişkən, nəzərə almaq lazımdır ki, ümumtəhsil məktəblərinin  I sinifləri üçün hazırlanmış yeni dərsliklər məzmun və strukturuna görə əvvəlki dərsliklərdən tamamilə fərqlənir. Həmin dərsliklərlə işləmək həm çətin, həm  də asandır. İlk  növbədə, çətinlik onun məntiqini başa düşmək, sistemini anlamaqla əlaqədardır. Əslində bu işi bir az da asanlaşdırmaq üçün pedaqoji məsələ kimi şəxsiyyətyönümlü dərsliklərin xüsusiyyətlərinə bələd olmaq lazımdır.Yeni dərsliklərlə işləmənin asanlığı onların şəffaf olması, müəllim və şagirdlərin fəaliyyətlərini bütünlükdə əhatə edə bilməsi ilə bağlıdır. Orada müəllimin hər bir dərs  saatında atdığı addım istiqamətləndirilir. Şagirdlərin fəaliyyəti idraki fəallıq baxımından müxtəlif növ çalışmalar vasitəsilə tənzimlənir.   

Yeni kurrikulumların tətbiqinə başlayan müəllim çətinliklərlə qarşılaşacaqdır. Bunlar onu çaşdırmamalı, daha prinsipial, öz işində tolerant olmağa sövq etməlidir. Unutmaq olmaz ki, yeni kurrikulumlarla işləyərkən yalnız faktları bilmək, yadda saxlamaq, yada salaraq təkrarlamaq son hədd hesab edilmir. Burada şagirdin inkişafı onun yaddaşında qalanlarla deyil, düşünə bilmək, təhlil edə bilmək, müqayisələr apara bilmək, sintez edə bilmək, yaradıcı fəaliyyət göstərə bilmək və s. keyfiyyətləri ilə ölçüləcəkdir. Ona görə də təlim prosesində şagirdlərin idraki, hissi və fiziki bacarıqlarının inkişafı diqqət mərkəzində olmalıdır.

Yeni kurrikulumların xüsusiyyətlərini öyrənmək, tətbiqi ilə bağlı çətinlikləri hiss etmək və bu çətinliklərin aradan qaldırılması yollarını tapa bilmək hər bir müəllimin, təhsil prosesinə, təhsil sisteminə rəhbərlik edən təhsil menecerinin ümdə vəzifəsidir, əks halda, yeni kurrikulumlar əsasında təhsilin idarə olunmasında çətinliklər yaranacaqdır. Bunun üçün, ilk növbədə, bu gün formalaşmaqda olan təhsil prosesinin daha müvəffəqiyyətlə həyata keçirilməsində təkanverici qüvvəyə çevrilə bilən yeni pedaqoji təfəkkürə yiyələnmək son dərəcə vacibdir. Bu, XXI əsrin başlanğıcında təhsil işçisi kimi fəaliyyət göstərən və gələcəkdə də bu sahədə fəaliyyətini davam etdirmək fikrində olan hər bir kəs üçün zəruridir. Bunun üçün, ilk növbədə, Azərbaycanda müasir təhsil siyasətinin mahiyyətini dərk etmək, ən başlıcası Təhsil İslahatının prinsiplərini (demokratikləşdirmə, humanistləşdirmə, humanitarlaşdırma, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə), onların məqsədlərini mənimsəmək tələb olunur.

Yeni pedaqoji təfəkkür təhsil anlayışına tamamilə yeni müstəvidə yanaşmağı tələb edir. Burada təhsil sadəcə bəşəriyyətin əldə etdiyi biliklərə yiyələnmə prosesinin nəticəsi deyildir. Şəxsiyyətyönümlü təhsil ona bir neçə mövqedən yanaşmağı tələb edir: təhsil dəyərdir; təhsil sistemdir; təhsil prosesdir; təhsil nəticədir.

Təlim rrosesində bizi düşündürən mühüm bir rroblem də redaqoyi rrosesin, eləcə də təlim rrosesinin humanist, demokratik, inteqrasiya və s. prinsirlər əsasında qurulmasıdır. Unutmaq olmaz ki, bu rrinsirlərə söykənən təlim rrosesi özünün inzibati qiyafəsini dəyişərək, daha humanist və demokratik rəng alacaqdır. Bu zaman dərs uşaqların tələbatlarına uyğun qurulan, onların daha cox maraq göstərdikləri bir rrosesə çevriləcəkdir. Belə şərait özlüyündə şagirdin öyrənmə fəaliyyətini stimullaşdıran bir vasitə rolunu oynayacaqdır. Şagird bir şəxsiyyət olaraq təlim rrosesinin subyekti kimi təlim tapşırıqlarının yerinə yetirilməsində fəal çıxış edəcəkdir.

Müəllim və şagird fəaliyyətini əhatə edən məsələnin mahiyyət etibarilə belə şərhi əslində təlim prosesində yeni yanaşma tərzini ifadə edir. Bu elə bir təlim texnologiyasıdır ki, orada şagird daha fəal subyektə çevrilərək müəllimin fəaliyyət mexanizmini tamamlayır. Onlar hər ikisi təlim prosesində fəal tərəfdaşlar kimi çıxış edirlər.

Məktəbin yeni idarəolunma mexanizminə keçməsi, keyfiyyətin idarə olunması özü də, ilk növbədə, məktəblərdən bu məsələyə dair praktik bacarıqlar tələb edir. Elə praktik bacarıqlar  ki, keyfiyyətin idarəolunması mexanizmini hərəkətə gətirə bilsin, keyfiyyətin səviyyəsini müəyyən edə bilsin.

Bunun üçün  isə ən vacib məsələ təhsildə keyfiyyət anlayışını birmənalı qəbul etmək, onun mahiyyətinə varmaq lazımdır. Bu anlayışın mahiyyətini dərk etməzdən əvvəl onun hansı müstəvidə şərh olunmasına diqqət yetirilməsi  problemin mahiyyətinin açıqlanmasında əhəmiyyətli rol oynayır.

Yeni təhsil quruculuğunda valideynlərlə iş ön planda dayanır. çünki onlar bilavasitə təhsil həyatının qurulmasında maraqlı olan tərəflər kimi çıxış edirlər. Onların maarifləndirilməsi təlim prosesinin hər hansı mərhələsində yardımçı rolunu oynamaqla, nəticələrə daha sürətlə çatmağa səmərəli kömək göstərir.

Təhsil müəssisələrinin yenilikləri idarə etmələri bilavasitə onların məsələlərə nə dərəcədə yaxın olmasından asılıdır. Xüsusilə təhsil söbələrinin nəzdində fəaliyyət göstərən metodkabinetlərin, metodik mərkəzlərin yeni pedaqoji təfəkkürün tələblərinə uyğun olaraq təhsil siyasətinin həyata keçirilməsində böyük məsuliyyəti vardır. Onların hesabatları ilə ilkin tanışlıq belə qənaətə qəlməyə imkan verir ki, həmin qurumların fəaliyyəti elmi-pedaqoji əsasda yenidən qurulmalı, islahatın tələblərinə cavab verməlidir. Lakin onlar, təəssüflər olsun ki, hazırda daha çox təhsil şöbəsinin idarəçilik mexanizminə yardım etmək funksiyasını yerinə yetirirlər. özlərinin əsasnaməsində qeyd olunmuş pedaqoji innovasiyaların öyrənilib yayılması, pedaqoji kadrların peşəkarlığının ardıcıl olaraq yüksəldilməsi məqsədilə müxtəlif çeşidli tədbirlərin keçirilməsi, müzakirələrin aparılması və s. məsələlərə diqqət yetirmirlər. İnnovasiyaların məktəblərə gətirilməsində qaneedici fəaliyyət göstərmirlər.

ümumiyyətlə,  təhsil müəssisələrində, eləcə də idarəetmə qurumlarında görülmüş işlərin ciddi təhlilinin aparılmaması yolverilməzdir. Belə rroblem xarakterli məsələlərdən bəhs edən təhsil naziri, rrofessor Misir Mərdanov haqlı olaraq qeyd edir: "Ən bəlalı cəhət ondan ibarətdir ki, bizim təhsil ocaqlarımızda fəaliyyətin heç bir sahəsi üzrə analitik təhlil aparılmır". Təbii ki, belə təhlillər aparılarsa, çatışmazlıqlar, onların səbəbləri asanlıqla görünər və aradan qaldırılar. Ona görə də, müasir idarəçilik mexanizmində monitorinqlərin keçirilməsinə, analitik təhlillərin aparılmasına geniş yer ayrılmalı, fəaliyyət prosesində istər diaqnostik, istərsə də korreksiya işləri aparılarkən təhlillərin nəticəsinə istinad olunmalıdır.

2008-2009-cu dərs ilində 1 milyon 800 min təhsil alanla (o cümlədən 1,5 milyon şagird, 200 min tələbə, 100 min uşaqla) fəaliyyətə başlayan Azərbaycan təhsil sistemi artıq üzərinə düşən şərəfli missiyanı uğurla davam etdirməyə hazırdır. Sentyabr konfranslarının rlenar və bölmə iclaslarında bu hazırlıq işinin mahiyyətini açıqlamaqla yanaşı, qarşıda duran əsas vəzifələr, o cümlədən: fənn kurrikulumlarının tətbiqi; şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmlərin sınaqdan  keçirilməsi; məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin yaxşılasdırılması; istedadlı şagirdlərlə səmərəli iş sisteminin yaradılması; xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş və de-institutlaşdırma; tədris rroqramları və dərsliklər, metodik xidmətin keyfiyyətinin yüksəldilməsi; redaqoyi kadrların ixtisasının artırılması; idarəetmənin təkmilləşdirilməsi kimi rroblem xarakterli məsələlərin müzakirə olunması və müvafiq əməli təkliflərin hazırlanması tövsiyə olunur.

Azərbaycanda təhsil quruculuğu davam edir. Ona görə də müzakirələrdə təkcə sadalanan problemlər deyil, müxtəlif bölgələrin spesifik xüsusiyyətlərinə aid digər məsələlər də müzakirə obyektinə çevrilməlidir. Heç şübhə etmirik ki, həmin müzakirələrdə əldə olunmuş nəticələr, irəli sürüləcək təkliflər ümumiləşdiriləcək və Təhsil Problemləri İnstitutuna göndəriləcəkdir.

 

Abdulla MEHRABOV,

Təhsil   Problemləri   İnstitutunun direktoru, professor,

Ənvər ABBASOV,

Təhsil   Problemləri   İnstitutunun direktor müavini, dosent