· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

  

Parisdə YUNESKO-nun təşkilatçılığı ilə görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyi keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirmişlər ki, böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin YUNESKO-nun təşkilatçılığı ilə keçiriləcək 100 illik yubileyində iştirak etmək məqsədilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov və AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Ağamusa Axundov noyabrın 8-də Parisə yola düşəcəklər.

 

 

 

 

 

ATU-nun 50-dən çox tələbəsi İstanbul Universitetində təhsil alır

Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva bildirmişdir ki, hazırda bu ali məktəbin 50-dən çox tələbəsi təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirir.

Bu, ATU rəhbərliyinin İstanbul Universitetinin rektoru, professor Məsut Parlaqla apardığı danışıqların, əməkdaşlıq barədə razılığın nəticəsində mümkün olmuşdur.

 

AzərTAc