· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində müşavirə

Noyabrın 5-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər və mövcud problemlərə dair müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və Dövlət Neft Fondunun bir neçə əməkdaşı iştirak ediblər.

Tədbirdə Misir Mərdanov çıxış edərək müvafiq proqram üzrə dünyanın bir sıra nüfuzlu təhsil qurumları ilə yaradılan əlaqələr, bu təşkilatlarla imzalanan müqavilələr, 2 il ərzində qazanılan uğurlar barədə məlumat verib. Əldə olunan nailiyyətlərlə yanaşı, bir sıra problemlərin mövcudluğundan da söz açan nazir onu da qeyd edib ki, xarici ölkələrin ali məktəblərində oxumaq üçün tələbələrin seçimi müvafiq sənədlər əsasında aparılmalıdır.

Misir Mərdanov azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil xərcləri ilə bağlı məsələyə də toxunub və bu istiqamətdə normativ aktların təsdiq olunmasının əhəmiyyətini bildirib.

Sonra Şahmar Mövsümov Dövlət Proqramının icrası istiqamətində qarşıya çıxan çətinliklərin müzakirə edilməsi baxımından birgə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. Ş.Mövsümov həmçinin Dövlət Neft Fondunun bir sıra mühüm layihələr həyata keçirdiyini, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na da xüsusi önəm verdiklərini açıqlayıb, habelə bu Proqram çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin ödənilməsi məsələsindən söz açıb.

Müşavirə iştirakçıları müzakirə olunan məsələyə münasibət bildirib, eləcə də qeyd olunan Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı xərclərə dair sənəd təsdiq olunduqdan sonra tələbələrin təhsil və yaşayış xərclərinin daha operativ həll olunacağına ümid etdiklərini bildiriblər.