· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Sınaq imtahanının nəticələrinə dair mətbuat konfransı

Fevralın 29-da Təhsil Nazirliyində ikinci sınaq imtahanının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə konfransı açaraq media nümayəndələrini salamladı və sözü Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdirinin müavini Təranə Hacıyevaya verdi.

öncə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasının əhəmiyyətindən danışan T.Hacıyeva qeyd etdi ki, şagird nailiyyətlərinin düzgün qiymətləndirilməsi təhsilin keyfiyyətinə təsir edən ən başlıca amillərdən biridir. Bu səbəbdən yeni qiymətləndirmə sistemi (məktəbdaxili, milli, beynəlxalq qiymətləndirmə) tətbiq olunur və məktəbdaxili qiymətləndirmənin əsas komponentlərindən biri də mərkəzləşdirilmiş üsulla keçirilən buraxılış imtahanıdır.

Sonra Təranə Hacıyeva jurnalistlərə orta təhsil kursu üzrə buraxılış imtahanına hazırlıq məqsədilə fevralın 24-də Bakının bütün rayonları, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərləri, Ucar, İsmayıllı, İmişli və Abşeron rayonlarının orta ümumtəhsil, məcburi köçkün məktəbləri və peşə liseylərinin XI  sinif şagirdləri əhatə olunmaqla keçirilən sınaq imtahanı haqqında məlumat verdi. Aydın oldu ki, sınaq imtahanına 51727 şagird cəlb edilsə də, onlardan 50128-i iştirak edib. (2 faizdən bir qədər çoxu üzürlü səbəbdən imtahana gəlməyib). Bakının 11 rayonunu, ölkənin 8 bölgəsini əhatə edən bu imtahan paytaxtda 53, Sumqayıtda 10, Gəncədə 5, Mingəçevirdə 4, Abşeronda 2, Əli Bayramlıda 2, Ucarda 4, İmişlidə 5, İsmayıllıda 4 olmaqla, ümumilikdə 89 mərkəzdə təşkil edilib. Hər mərkəzdə 500-1000 şagird imtahan verib, 1000 nəfərdən çox şagirdin yerləşdirildiyi mərkəzlərə isə iki imtahan rəhbəri təyin edilib. (2 mərkəzdə 1100 və 1150 şagird yerləşdirilib). Hər otaqda şagirdlərin sayı 30 nəfərdən artıq olmayıb. Yoxlama imtahanına nəzarətçi kimi yuxarıda adıçəkilən şəhər və rayonlarda yerləşən ümumtəhsil məktəblərinin ibtidai sinif və qeyri-ixtisas fənn müəllimləri cəlb olunub. İmtahanda şagirdlər 8 əsas fəndən 7 variant üzrə 125 suala cavab verib. çətinlik dərəcəsinə görə testlər: asan suallar - 25%, çətin suallar - 25%, orta suallar - 50% nisbətində tərtib edilib. ümumi nəticələrə görə müvəffəqiyyət göstəricisi 61%-dir. Cavablar Təhsil Nazirliyinin rəsmi İnternet saytında, imtahan səhifəsində yerləşdirilib. Hər bir şagird kodunu daxil etməklə öz nəticəsini öyrənə bilər. Eyni zamanda bu saytda hər bir fənn üzrə testlərin düzgün cavabları da verilib və şagirdlər həmin şablonla müqayisə etməklə öz səhvlərini müəyyən edə biləcəklər. Bu yoxlama imtahanının nəticəsi attestata yazılacaq yekun qiymətin 8 faizini təşkil edir.

Mətbuat konfransının sonunda Təranə Hacıyeva KİV nümayəndələrinin mərkəzləşdirilmiş üsulla keçirilən imtahanlarla bağlı çoxsaylı suallarını cavablandırdı.

 

Hicran ZöHRABQIZI