· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Zaqatalada yeni məktəblər tikilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına Zaqatala rayonunun Muxax kəndindəki 2 nömrəli orta məktəb üçün 500, Qazangül qəsəbə orta məktəbi üçün isə 360 şagird yerlik yeni binaların tikintisinə başlanılıb. İndiyədək hər iki məktəb qəza vəziyyətində olan, istifadəyə yararsız binalarda fəaliyyət göstərirdi. Bundan əlavə, Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində hazırda rayonun Göyəm kəndində orta məktəb üçün 10 sinif otağından ibarət 200 şagird yerlik əlavə korpusun tikintisi də davam etdirilir. Hər 3 məktəb binasının, eləcə də rayon mərkəzində inşa edilən 300 şagird yerlik internat məktəbin binasının cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

 

 

 

 

 Gərgin mübarizənin sevinci

Məktəb tətbiqi iqtisadiyyat üzrə milli olimpiadanın qalibi oldu

Fevralın 11-də Bakıdakı "Avropa" otelində "Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi" proqramı çərçivəsində "Məktəbli şirkətlər" layihəsinin və tətbiqi iqtisadiyyat üzrə milli olimpiadanın son mərhələsi ilə bağlı "Məktəblinin biznes günü" keçirildi.

Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun və ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersin iştirak etdikləri bu tədbirdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə koordinatoru Skot Teylor, Junior Achievement Azerbaijan (JAA) direktorlar şurasının sədri Deniel Metyuz və JAA-nın icraçı direktoru Vüsal Xanlarov nitq söyləmişlər. Sonra iki hissədən ibarət tətbiqi iqtisadiyyat üzrə milli olimpiadanın final mərhələsi və şagirdlərin biznes planlarının, məhsullarının təqdimatı keçirildi. İlkin mərhələdə mübarizəyə respublikanın 230 məktəbinin komandası qoşulmuş, final mərhələsində Bakının 96, 164, 220, 264, 304 nömrəli tədris ocaqlarının komandaları və Sumqayıtın 15 nömrəli məktəbini təmsil edən 15 "A" və 15 "B" komandaları mübarizə aparmışlar. Xüsusi kompüter proqramı əsasında menecment və iqtisadi modelləşdirmə üzrə (MESE) ingilis dilində 7 mərhələdə keçirilən yarışda Sumqayıtın 15 nömrəli məktəbini təmsil edən 15 "B" komandası  "Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi" proqramı çərçivəsində respublika milli olimpiadasının final mərhələsinin qalibi olmuş və I yerə, 15 "A" komandası isə VII yerə layiq görülmüşlər. Komandanın üzvləri - Fəridə çələbiyeva və ülvi Nağızadə X "Q", Ruslan  Salehli isə X "K" sinfində oxuyurlar. Onların müəllimləri Elçin Dünyamalıyevin gərgin əməyi öz layiqli bəhrəsini verib. Komanda dünyanın bir sıra ölkələrinin 1000-dən çox məktəbli komandalarının çıxış etdiyi "Hewlett-Packard Qlobal Business Challinge (HPGBC)" beynəlxalq yarışlarda iştirak etmək hüququ qazanıb.

Komanda üzvləri qarşıdakı yarışın final mərhələsinə vəsiqə qazanmaq üçün çox ciddi hazırlaşırlar. İnanıram ki, onlar praktik və nəzəri biliklərini bir daha səfərbər edəcək, Sumqayıt təhsilinin, Azərbaycan gənclərinin iqtisadi biliklərinin dünya olimpiadası səviyyəsində layiqli yer tutması üçün uğurla mübarizə aparacaqlar.

X.MƏMMƏDOV,

Sumqayıt şəhərindəki

15 nömrəli məktəbin direktoru