· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Fənn olimpiadasında məktəbin iki şagirdi fərqlənib  

Xaçmaz rayonunda məktəblilər arasında  keçirilmiş fənn olimpiadasının rayon mərhələsinin II turunda A.Məmmədov adına Qusarçay kənd orta məktəbinin XI sinif şagirdləri - Seymur Cəfərov( müəllimi Romik Tağıyev) fizika, İnci Yarıyeva (müəllimi İbrahim İbrahimov) riyaziyyat fənni üzrə I yer tutduqlarına görə  Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən diplomla təltif olunmuşlar.

Qaliblər respublika olimpiadasında iştirak etmək üçün səylə çalışırlar.

 

 

 

Məktəbdə sinifdənkənar işlərə geniş yer verilir  

Biləsuvar rayonundakı Nizami adına 1 nömrəli şəhər orta məktəbinin   direktoru Xanımgül Abıyevadan aldığımız məlumata görə, 2008-2009-cu dərs ilində məktəbdə 1032 şagirdin təlim-tərbiyəsi ilə 125 müəllim məşğul olur.Son illər dövlət tərəfindən müəllim əməyinin qiymətləndirilməsi nəticəsində məktəbin 2 müəllimi ölkə Prezidentinin sərəncamına əsasən "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Bu da məktəbin pedaqoji kollektivini daha səylə işləməyə ruhlandırmışdır.

Hazırda məktəbdə tədriş işlərinin yüksək səviyyədə qurulması ilə bərabər, sinifdənxaric və məktəbdənkənar işlərə də böyük  diqqət  göstərilir. "Narkomaniyaya qarşı mübarizə mənəviyyatın xilası deməkdir", dilimizin  müqəddəsliyi, zənginliyi ilə bağlı "Ana dili baldan şirindir", "M.Dilbazinin  yaradıcılığı" və  müxtəlif mövzularda tədbirlərin keçirilməsi  buna əyani sübutdur.

Məktəbin idman sahəsində qazandığı uğurların az olmadığınıEbildirən direktor qeyd etdi ki, VII sinif şagirdi Emin Əsgərzadə Şərqi Avropa kuboku üzrə  yeniyetmələr arasında Ukranyada keçirilən karete  üzrə yarışda I yer tutaraq qızıl medal almış, VIII sinif şagirdi  Nərgiz Allahquluzadə,  IX sinif şagirdi Firuzə Babazadə İdman və Gənclər Nazirliyinin kuboku uğrunda şahmat üzrə keçirilən yarışlarda I yerə sahib çıxaraq diploma layiq görülmüşdür. XI sinif şagirdi Firdovsi Poladzadə  isə "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə Mingəçevir şəhərində keçirilən  respublika birinciliyinin final mərhələsində çempion adını qazanmışdır.

Şakir CƏFƏROV