· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

"ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında" nazirliyin 26 fevral 2009-cu il tarixli, 222 nömrəli əmrinin 3-cü bəndinə uyğun olaraq

 

ƏMR EDİRƏM:

1. Rayon və şəhərlərdən, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrindən toplanmış məlumatlar əsasında inşa müsabiqəsinin yekun mərhələsi iştirakçılarının adlı siyahısı təsdiq edilsin.

2. İnşa müsabiqəsinin yekun mərhələsi 25 aprel 2009-cu il tarixdə saat 10.00-da akademik Zərifə Əliyeva adına liseydə keçirilsin.

3. Aparatın rəhbəri İ.Pirməmmədov, şəhərlər və kənd rayonları üzrə ümumtəhsil şöbələri (A.Muradov, A.Əhmədov) müsabiqənin yekun mərhələsinin təşkili ilə bağlı bütün məsələləri vaxtında həll etsinlər.

4. Müsabiqə inşalarını yoxlayıb qiymətləndirən və ən yaxşı inşaları toplu şəklində nəşrə hazırlayan işçi qrupunun tərkibi təsdiq olunsun.

5. Aparatın rəhbəri İ.Pirməmmədov, İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) ən yaxşı inşaların toplu şəklində nəşr olunması və qaliblərin mükafatlandırılması üçün 5 (beş) gün müddətinə müvafiq təkliflər hazırlayıb rəhbərliyə təqdim etsinlər.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin məlumat üçün "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

14 aprel 2009-cu il

 

 

 

 

 

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

Azərbaycan Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Respublika Komitəsi

 

QƏRAR

Bakı şəhəri

02 mart 2009-cu il

                                                                                                  

 

Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə 

Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti

QƏRARA ALIR:

1. Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə 2009-cu ilin mart-may aylarında keçirilsin.  

2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılsın.

3. Olimpiadanın I turu 2009-cu il aprel ayının 5-dək ali məktəblər tərəfindən keçirilsin.

4. Olimpiadanın II respublika turu 2009-cu il may ayında Bakı Slavyan Universitetində keçirilsin.   

5. Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli, 675 nömrəli əmri ilə təsdiq edilmiş "Ali məktəb tələbələrinin Respublika fənn olimpiadası haqqında Əsasnamə"yə uyğun keçirilsin.

6. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:

6.1. Təhsil Nazirliyi:

- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;

- Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.

6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:

1-ci yer (11 nəfər) üçün 300 manat

2-ci yer (22 nəfər) üçün 150 manat

3-cü yer (33 nəfər) üçün 100 manat

- Olimpiada qaliblərini hazırlaşdıran müəllimlərin (66 nəfər) hər biri üçün 100 manat, Münsiflər Heyətinin sədrlərinə (11 nəfər) isə 200 manat məbləğində pul mükafatının ayrılmasını.

7. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

8. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) qərarın "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9. Qərarın icrasına nəzarət nazir müavini İ.Hüseynovaya və sədr müavini Ş.Əsgərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

Səttar MEHBALIYEV,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

 

 

 

 

 

 

2008-2009-cu dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması haqqında

Azərbaycan Respublikası təhsil nazirinin əmri

2008-2009-cu dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının səmərəli təşkili və aparılması məqsədilə

ƏMR EDİRƏM:

1. Respublikanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilsin.

2. Buraxılış imtahanları aşağıdakı fənlər üzrə keçirilsin:

2.1. IX siniflərdə - ana dili və riyaziyyat.

2.2. XI siniflərdə - ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil.

3. Təlim gürcü dilində olan məktəblərin XI (XII) sinifləri üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Test bankı"ndan istifadə edilməklə hazırlanıb təsdiq edilsin.

4. Orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlamaqla 3 (üç) astronomik saat vaxt ərzində bölgələr üzrə aşağıdakı qrafik əsasında keçirilsin:

4.1. Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonları - 3 iyun;

4.2. Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları - 8 iyun;

4.3. Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonları - 12 iyun;

4.4. Bakı və Sumqayıt şəhərləri - 16 iyun.

5. Əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 (üç) astronomik saat vaxt verilməklə 5 iyun 2009-cu il tarixdə saat 10.00-da keçirilsin.

6. Peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 24 aprel 2009-cu il tarixdə saat 10.00-da keçirilsin.

7. Eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları 23 iyun 2009-cu il tarixdə saat 10.00-da Bakı şəhərindəki 202 nömrəli məktəbdə keçirilsin.

8. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) R(Ş)TŞ(İ)-ləri ilə birlikdə əsas təhsil kursu üzrə imtahan materiallarının yerlərə çatdırılmasını təmin etsin.

9. Buraxılış imtahanları ilə əlaqədar bu əmrdə nəzərdə tutulmayan digər məsələlər "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"a uyğun tənzimlənsin.

10. Əmrin surəti Müdafiə, Ədliyyə, Səhiyyə, Gənclər və İdman nazirliklərinə göndərilsin.

11. Əmrin çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (İ.Mirzəyev) tapşırılsın.

12. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

15 aprel 2009-cu il