· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Bakı Dövlət Universitetinin alim və mütəxəssisləri tərəfindən 12 patent alınıb  

Dövlət Universitetindən (BDU) bildirmişlər ki, ötən il bu ali məktəbin alim və mütəxəssisləri tərəfindən 12 patent, 14 ixtiraya müsbət rəy alınmışdır.

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatına daxil edilmək üçün riyaziyyat və tətbiqi riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, filologiya və digər sahələr üzrə ümumilikdə 41 elmi-tədqiqat işi mühüm nəticə kimi təqdim olunmuşdur.

 

 

Sinif müəllimləri üçün treninqlər  

Təhsil Problemləri İnstitutundan aldığımız məlumatda bildirilir ki,  təhsil naziri  Misir Mərdanovun  müvafiq əmrinə əsasən,  2009-2010-cu dərs ilində  tədrisə başlayan I sinif müəllimləri üçün treninqlərin keçirilməsinə başlanmış və mütəxəssislər yerlərə ezam olunmuşlar. Hazırda bu treninqlər   respublikanın müxtəlif rayonlarında, o cümlədən  Cəlilabad, Masallı, Lerik və  Qəbələ rayonlarında keçirilir.

Nəzərdə tutulan tədbirlər sistemli şəkildə aparılacaq, respublikanın bütün rayon və şəhərlərində I siniflərdə  dərs deyən müəllimlərin hamısı  təlim kurslarından  keçərək  sertifikat  alacaqlar.

 

 

 

FLEX proqramı üzrə müsabiqənin nəticələri açıqlandı  

Aprelin 11-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Amerika Beynəlxalq Təhsil Şurası FLEX proqramı üzrə keçirdiyi müsabiqənin nəticələrini açıqladı.

Müsabiqədə Azərbaycanın paytaxt və regionlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan 1800 şagird iştirak edib. Onlardan 45-i isə müsabiqənin qalibi olub.

İlk öncə ADU-nun rektoru, professor Səməd Seyidov FLEX proqramı üzrə qalib gəlmiş şagirdləri təbrik etdi və onlara ölkəmizi ABŞ-da layiqincə təmsil etməyi, gələcək təhsillərində diqqətli olmağı tövsiyə etdi.

Təhsil nazirinin müavini Elmar Qasımov ölkəmizdə FLEX proqramının artıq 17 ildir ki, tətbiq edildiyini və ümumilikdə Azərbaycandan 750 şagirdin ABŞ-da təhsil aldığını bildirdi: Sevindirici haldır ki, bu dəfə qalib gələnlər arasında təkcə Bakı şəhəri orta məktəblərinin deyil, ölkə rayonlarından olan orta məktəb şagirdləri də üstünlük təşkil etməyə başlayıblar. Siz ABŞ-da təhsil almaqla yanaşı, ingilis dilini daha da təkmilləşdirə bilmək imkanı qazanacaqsınız və Amerikada təhsil alan tələbələrlə yaxından tanış olub, onlarla fikir mübadiləsi apara biləcəksiniz.

Sonra ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Terri Devidson dedi ki, FLEX proqramının məqsədi dövlətlər arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə xidmət edir.

Şakir CƏFƏROV