· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyinin "Qaynar xətt"inə iyun ayında 46 müraciət daxil olub

 

 Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) cari ilin iyununda  46 müraciət daxil olub. Onlardan  7-si sorğu xarakterlidir.

Qeyd edək ki, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının  ümumtəhsil məktəblərinin  hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələlərindən bəhs edilir.

ötən ay məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar Bakıdan 2, Sumqayıtdan 1 müraciət  olmaqla  3 zəng edilib.  

"Qaynar xətt" xidmətinə Laçın rayon ümumtəhsil məktəbləri ilə əlaqədar  daxil olan müraciətlərdən 1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 (Bakı şəhəri və Abşeron rayonu üzrə) orta məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin hər biri üzrə 2, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı və Azərbaycan Beynəlxalq Universitetinin hər biri üzrə isə 1  müraciət daxil olub. Ali təhsillə bağlı olan bu 7 müraciətdə tələbələrin  semestr imtahanlarına buraxılması, qeyri-müvəffəq qiymət alanlar üçün yenidən imtahan təşkil edilməsi  və digər məsələlərdən bəhs edilir. Eyni məzmunlu daha 3  müraciət  orta ixtisas  məktəblərindən qəbul olunub (Bakı Məktəbəqədər Pedaqoji Texnikumu,  Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki Pedaqoji Texnikumu).

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan  bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda cari ilin iyul ayının birinci yarısında  "Qaynar xətt" xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb və 3 müraciət qeydə alınaraq araşdırılıb.