· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakı Avropa Liseyinin şagirdlərinə 100 noutbuk verildi

 

Sentyabrın 25-də Bakı Avropa Liseyində "İntel" korporasiyasının və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində məktəblilərə 100 noutbukun verilməsi mərasimi keçirildi. Təhsil naziri Misir Mərdanovun iştirak etdiyi mərasimdə noutbuklar liseyin 5-6-cı sinif şagirdlərinə verildi. Layihəyə əsasən şagirdlər noutbuklardan həm məktəbdə, həm də evdə istifadə edə bilərlər.

Təhsil naziri Misir Mərdanov layihənin Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyəti olduğunu vurğuladı. Qeyd etdi ki, azyaşlı məktəblilərə noutbukların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə səmərəli təhsil almalarına yaxından kömək edəcəkdir. Nazir liseyin kompüter otaqlarına baxdı, V "A" və V "B" siniflərində olub, şagirdlərə verilmiş noutbuklardan dərs prosesində necə istifadə edilməsi ilə maraqlandı, müəllim və şagirdlərlə söhbət etdi, şagirdlərlə sual-cavab apardı.

Sonra nazir liseydə "Elektron məktəb" layihəsi çərçivəsində yaradılmış və artıq istifadə edilən elektron jurnallarla yaxından tanış oldu. Liseydaxili qiymətləndirmənin necə aparılması ilə maraqlandı, bununla bağlı bəzi fikirlərini bildirdi.

Liseyi gəzən təhsil naziri  II və III mərtəbələrdəki bir neçə sinif otağına da baş çəkdi, yaradılması nəzərdə tutulan yeni kompüter otağında oldu, lisey rəhbərliyinə bəzi məsləhət və göstərişlər verdi.

Yeri gəlmişkən qeyd edək ki, "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində 2010-cu ilin sonuna kimi "İntel" Azərbaycan məktəblilərinə 1000 noutbuk, Azərbaycanın Təhsil Nazirliyi isə 3000 noutbuk verəcəkdir. 2009-cu ilin  sonuna kimi layihə çərçivəsində "Elitar" Gimnaziyaya, Bakı Avropa Liseyinə, 23 və 6 nömrəli orta məktəblərə bütövlükdə 400 noutbukun verilməsi planlaşdırılıb. Noutbukların 100-ü "İntel", 300-ü isə Təhsil Nazirliyi tərəfindən veriləcəkdir. Artıq "Elitar" Gimnaziyanın şagirdləri nəzərdə tutulmuş noutbukları almışlar.

Sonda onu da bildirək ki, "1 şagird - 1 kompüter" layihəsi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

 

Y.ƏLİYEV