· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda

beynəlxalq konfransın keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1. Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlıq çərçivəsində 01-03 oktyabr 2009-cu il tarixlərində Bakıda "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans keçirilsin.

2. Beynəlxalq əlaqələr şöbəsi (Q.Novruzov) tədbirin keçirilməsi ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsin.

3. İqtisadiyyat şöbəsi (H.Zeynalov) konfransın keçirilməsi ilə bağlı hazırlanmış xərclər smetasında nəzərdə tutulmuş vəsaitlərin köçürülməsini təmin etsin.

4. Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) konfransda iştirak edəcək yerli nümayəndələrin və məruzəçilərin müəyyənləşdirilməsini təmin etsin.

5. ümumi şöbə (İ.Mirzəyev) konfransın keçirildiyi müddətdə kompüter və texniki avadanlığı və iştirakçıları dəftərxana ləvazimatı ilə təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) konfransın kütləvi informasiya vasitələri (KİV) ilə işıqlandırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarəti nazir müavini E.Qasımova həvalə edirəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

17 sentyabr 2009-cu il.

 

 

 

 

 

 Respublika müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin bədən tərbiyəsi və idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətini, fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2009-cu təqvim ilinin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında aşağıdakı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunsun:

- İlin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi;

- İlin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi;

- Şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;

- Şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;

- Kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;

- Kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;

- İlin ən yaxşı idmançısı;

- İlin ən yaxşı şahmatçısı;

- Şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi;

- İdman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi.

2. Respublika müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2004-cü  il tarixli, 873 nömrəli əmri ilə təsdiq olunmuş qaydalara uyğun keçirilsin.

3. Müsabiqənin respublika mərhələsinə 2009-cu ilin dekabr ayında yekun vurulsun.

4. Naxçıvan MR Təhsil Nazirliyi, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələri bu əmrdən irəli gələn  vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər, respublika  müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatları (əlavə 2,3,4) 05 dekabr 2009-cu ilə qədər nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə təqdim etsinlər.

5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili üçün təşkilati işlər görsün və yerli təhsil şöbələrinə kömək göstərsin.

6. İqtisadiyyat şöbəsi (H.Zeynalov) müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1950 (min doqquz yüz əlli) manat vəsait ayrılmasını təmin etsin.

7. ümumi şöbə (İ.Mirzəyev) müsabiqə qalibləri üçün hədiyyələrin alınmasını və bu   əmrin çoxaldılaraq təhsil şöbələrinə göndərilməsini təmin etsin.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində  dərc etdirsin.

9. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

23 sentyabr 2009-cu il.