· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə"

dastanlarının müştərək tədqiqinə dair simpozium

 

Sentyabrın 30-da Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr  edilmiş simpoziumun açılış mərasimi oldu.  Mərasimdə BSU-nun professor-müəllim heyəti, müxtəlif ölkələrin səfirliklərinin, ayrı-ayrı nazirliklərin nümayəndələri və  KİV əməkdaşları iştirak  edirdilər.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev  tədbiri  açaraq  qonaqları təqdim edib bildirdi ki, "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb"proyekti çərçivəsində sentyabrın 30-dan  oktyabrın 4-dək  Bakı Slavyan Universitetində keçirilən  ilk simpoziumda Almaniyadan  30-a yaxın  nüfuzlu elm xadimi və  alim- filoloqlar iştirak edirlər.

"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - ortaçağ  qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihə Bakı Slavyan Universitetinin xarici ölkə universitetləri və  mədəniyyət mərkəzləri ilə  çoxşaxəli əməkdaşlığının yeni səhifəsini açır.Bu layihə BSU və Almaniyanın Mayns Universiteti arasında bağlanmış müqaviləyə əsasən 2007-ci ildə təsis edilib və layihənin beş il  müddətində həyata keçirilməsi nəzərdə  tutulub.Bu layihə Almaniyanın tanınmış elm mərkəzləri olan Mayns  Universitetinin Şərqşünaslıq İnstitutu və Germanşünaslıq bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə  birgə həyata keçirilir.

BSU gələcəkdə  "Kitabi- Dədə Qorqud" dastanının digər məşhur dünya xalqları eposları ilə müqayisəli tədqiqi istiqamətində də müvafiq addımlar ataraq Rusiya və Fransanın əlaqədar universitetləri ilə danışıqlar aparır.

Sonra Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri  Per Stankina çıxış edərək BSU-nun ali təhsil ocaqları arasında ən nüfuzlu ali məktəblərdən biri olduğunu Almaniyadan gələn qonaqların nəzərinə çatdırdı və beş il müddətə həyata keçirilməsi nəzərdə tutulan bu layihənin Azərbaycan ilə Almaniya arasında dostluq əlaqələrinin daha da genişlənməsində mühüm  rol oynadığını qeyd etdi.

Tədbirdə iştirak edən təhsil nazirinin  müavini Elmar Qasımov  Almaniyadan gələn qonaqları salamladı və təhsil sahəsində Almaniya ilə  Azərbaycan arasında olan sıx əməkdaşlıq əlaqələrindən söhbət açdı, həyata keçirilməsi nəzərdə tutulan bu layihənin iştirakçılarına uğurlar arzuladı.

Sonra professor Sieglinde Hartmanninin "Nibelunqlar haqqında nəğmə" və dünya mədəniyyətlərarası rəqabətdə germanistikasının gələcəyi" və professor Hendrik Boeschotenin  "Kitabi-Dədə Qorqud"un dili" mövzularında çıxışları dinlənildi.

Tədbir ayrı-ayrı  bölmələr üzrə öz işini  davam etdirir.

 

Şakir CƏFƏROV