Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Fevral 2010 - 06

 
"Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfrans
 

Fevralın 9-da "Landmark" otelində Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkətinin birgə "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfransı keçirildi.  Konfransda təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, bu tədbirin keçirilməsinə dəstək vermiş "Ultra", "İntel", HP şirkətlərinin və "Mədəd" humanitar təşkilatının nümayəndələri, paytaxt məktəblərinin, eləcə də respublikanın müxtəlif bölgələrindəki bir sıra təhsil müəssisələrinin direktorları və qabaqcıl müəllimləri iştirak edirdilər.

Tədbiri "Microsoft Azərbaycan" şirkətinin "Təhsildə əməkdaşlıq" proqramının meneceri Emin Axundov açaraq təmsil etdiyi şirkətin təhsil sahəsindəki fəaliyyətindən söz açdı. E.Axundov keçirilən bugünkü konfransda bir sıra məsələlərin geniş müzakirəsinin nəzərdə tutulduğunu, həmçinin "İnnovativ müəllimlər" müsabiqəsinin nəticələrinin açıqlanacağını dedi. Məlumat üçün bildirdi ki, müsabiqə Təhsil Nazirliyinin "Microsoft" şirkəti ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na müvafiq olaraq keçirilmişdir. Müsabiqədə paytaxtın və 12 bölgənin ümumtəhsil məktəbindən 200-ə yaxın müəllim iştirak edib, onlardan 25-i finala vəsiqə qazanıb. Həmin finalçılar arasından I, II, III yerləri tutan qaliblər artıq müəyyənləşib və bu gün onların adları məlum olacaq.

Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi. Təhsil naziri iştirakçıları salamlayaraq, keçirilən tədbirin vacibliyini diqqətə çatdırdı. "Microsoft" şirkəti ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıqdan danışan nazir Misir Mərdanov qeyd etdi ki, adıçəkilən şirkət ölkəmizdə təhsillə bağlı müxtəlif layihələrin həyata keçirilməsində yaxından köməklik göstərir. Nazir onu da bildirdi ki, İKT ilə bağlı ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər də təhsildə İKT-nin tətbiqi işində fəallıq göstərirlər. Bunu müsbət hal  kimi dəyərləndirən  nazir  Misir Mərdanov daha sonra son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərinə çevrilmiş  İKT ilə təhsil müəssisələrinin təmin olunması sahəsində xeyli işlərin görüldüyünü dedi. Təhsil naziri məlumat üçün bildirdi ki, 2009-cu ildə 500 məktəb genişzolaqlı sürətli İnternetə qoşulub. Belə məktəblərin sayının bu il daha da artırılacağını söyləyən nazir Misir Mərdanov "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra mühüm işlərin reallaşdırılmasının nəzərdə tutulduğunu dedi. çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan təhsil naziri belə tədbirlərin təhsil işçiləri üçün  faydalı olduğunu qeyd etdi.

Sonra "İnnovativ müəllimlər" müsabiqəsinin  qaliblərinin adları açıqlandı. II-III yerin  sahiblərinə DVD pleyerlər və noutbuklar hədiyyə verildi. Müsabiqədə I yeri tutan 1 nəfər isə bu il martın sonunda Almaniyada keçiriləcək Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcəkdir. Qalibləri təhsil naziri Misir Mərdanov təbrik edərək onlara ən xoş arzularını çatdırdı. 

 Konfransda daha sonra müəllimlərin  informasiya texnologiyalarının tətbiqi üçün motivasiya sistemi, uşaqların İnternetdə təhlükəsizliyi məsələləri təhsil işçiləri və mütəxəssislər tərəfindən müzakirə olundu.

Konfrans geniş diskussiya və fikir mübadiləsi şəraitində başa çatdı. 

Samirə KƏRİMOVA

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Fevral 2010 - 06
Ə.B.Məmmədovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;
 

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 
N.F.Dadaşovanın Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
V.C.Məmmədova "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların Ailələrə Verilməsi və Alternativ Qayğı ilə Əhatə Olunması Mexanizminin Yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının Əsasnaməsi
 
Təhsil Nazirliyinin kollegiyasında tən ilin yekunları, bu il qarşıda duran vəzifələr müzakirə olunub
 
Azərbaycan ilə Belarusun təhsil sahəsində əməkdaşlığı genişlənir
 
"Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfrans
 
"Ürək deyir yaşa hələ"
 
Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov