Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev, Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev, Türkiyənin Qaradəniz Texniki Universitetinin alimləri- professor Selçuk Gümüş və professor Fevzi Karslının həmmüəllifi olduqları “Analysis of the forest covers dynamics in the Samur-Yalama National Park of Azerbaijan” adlı məqalə “European Journal of Forest Engineering”(e-ISSN:2149-5637) jurnalında dərc olunub.

       

Məqalədə aerokosmik görüntülər vasitəsilə Samur-Yalama Milli Parkının meşə örtüyünün 1984-2019-cu illər arasındakı inkişaf dinamikası öyrənilib. “Forest Engineering and Technologies (FETEC) Platform” təşkilatı tərəfindən təsis edilən jurnal “Web of Science” və “Ulakbim” beynəlxalq jurnal indeksləmə bazalarına daxildir.