Cəlilabad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı virtual tədbir keçirilib.

 

Təhsil şöbəsinin aparıcı məsləhətçisi Orxan Əzimovun moderatorluq etdiyi tədbirdə Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına və Cəlilabad RTŞ-nin müvafiq əmrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin tarixi, coğrafiyası, mədəniyyət və incəsənəti, tanınmış şəxsiyyətləri barədə çıxışlar dinlənilib.

        

Tədbirdə aparıcı məsləhətçilər- Rəxşəndə Qasımova və İlkin Zeynalov, Şabanlı kənd tam orta məktəbin direktoru Sücaət Mehdiyev, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahova, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin musiqi müəllimi Nailə Məmmədova, Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Aqil Adıyev və həmin məktəbin əslən Şuşadan olan Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əliyeva çıxış edib.

       

Görüşdə işğaldan azad olunmuş Dağlıq Qarabağ və ətraf rayonların tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı və tanınmış şəxsiyyətləri barədə müzakirələr aparılıb.