Teymur Rəcəbov qələbəsi barədə danışarkən belə deyib


Bu gün həqiqətən çox çətin idi. Sona qədər diqqətimi itirməməyə çalışdım.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn “Airthings Masters” turnirindəki qələbəsi barədə danışarkən deyib.

 

O qeyd edib ki, rəqibi Levon Aronyan mükəmməl oyun nümayiş etdirib: “Levon Aronyan çox yaxşı oyun nümayiş etdirdi. Mən əlimdən gələni etdim. Həqiqətən çətin bir matç oldu və qalib gəldiyim üçün xoşbəxtəm”.

 

Teymur Rəcəbov onu da bildirib ki, turnirdə qalib ola biləcəyinə inanırdı. O, ilk partiyanın onun üçün xoşagəlməz olduğunu, əsəbləşsə də amma sakit olmağa və mövqeyini qorumağa çalışdığını bildirib.