Türkiyənin Xaricdəki Türklər və Qohum İcmaları Başqanlığının nümayəndələri Naxçıvan Müəllimlər İnstitutunda olub.

 

Qonaqlarla keçirilən görüşdə rektor Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunun yaranması, buradakı təhsil imkanları, qısa zaman ərzində əldə olunan nailiyyətlər haqqında məlumat verib. A.Novruzov qardaş Türkiyə Cümhuriyyəti ilə bu cür təhsil əlaqələrinin mühüm əhəmiyyət daşıdığını, gələcəkdə institutun professor-müəllim heyəti və tələbələrinin bu imkanlardan istifadə edəcəklərini bildirib.

 

Türkiyənin Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başqanlığı koordinatoru Engin Vural və Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Mədəniyyət, Sosial İşlər Dairə Başqanlığı koordinatoru Sevilay Yıldırım  “Türkiyə təqaüdləri” proqramı haqqında  məlumat verib. Qeyd olunub ki, bu təqaüd proqramı tələbə və tədqiqatçılara Türkiyənin bir sıra universitetlərində ali təhsilin bütün pillələri üçün təqaüdlü təhsil və tədqiqat imkanı verir.

 

Görüşdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə inam ifadə olunub.