Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir.

 

Layihədə iştirak edən Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Bayramov elmi rəhbəri, Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işçisi Hüseyn Rəsulzadə ilə birgə “Naxçıvan Muxtar Respublikasının suda-quruda yaşayanları və onların biosenozlarda rolu” mövzusunda tədqiqat işi hazırlayıb.

 

H.Bayramov eyni adlı məqaləsinə görə Ümumrusiya informasiya-təhsil portalında Rusiya Federasiya Akademiyasının “pedoqoji layihələr” nominasiyası üzrə I yerə layiq görülüb, diplom və setifikatla təltif edilib.