Pandemiya şəraiti ilə əlaqədar ölkə üzrə xüsusi karantin rejimi tətbiq edildiyinə görə Gəncə Dövlət Universitetində (GDU)  test imtahanları Microsoft Teams platforması üzərindən distant qaydada təşkil ediləcək.

 

Tələbələrin bu platformadan istifadə etməklə imtahan vermək vərdişlərinin formalaşması, yarana biləcək hər hansı bir problemin vaxtında aşkar edilməsi və aradan qaldırılması, eyni zamanda imtahana hazırlıq məqsədi ilə universitetin bakalavriat səviyyəsi üzrə əyani təhsil formasında təhsil alan tələbələri üçün sınaq imtahanı keçirilib.

 

Sınaq imtahanı bütün kurslardan olan tələbələr üçün təşkil olunub və ayrı-ayrı vaxtlarda başlayıb. Tələbələr iki saat ərzində verilən sualları cavablandırıblar.