Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İctimai Şuranın üzvləri imtahanlarda iştirak ediblər.

 

Şuranın üzvləri – filialın sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri əməkdar müəllim Mayıl Alicanov, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Rövşən Əliyev, “Şirvan” qəzetinin baş redaktoru Könül Məmmədova və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova imtahan prosesini izləyib, filialda yaradılan təlim-tədris şəraiti ilə tanış olublar.

 

Filialın direktoru dosent Tünzalə Yusifova şura üzvlərinin diqqətinə çatdırıb ki, imtahanların obyektiv keçirilməsi üçün bütün hazırlıq işləri görülüb, imtahanlar müddətində valideynlərin, ictimaiyyət nümayəndələrinin və filialın İctimai Şurasının üzvlərinin iştirakı təmin edilib.

 

İmtahanlar bitdikdən sonra İctimai Şuranın üzvləri cavabların yoxlanması prosesi ilə də yaxından tanış olublar.