Münhen Texniki Universitetinin alimləri hüceyrələr arasında hərəkətdə olan və onların fəaliyyətinə nəzarət edə bilən dünyada ilk mikrorobotlar yaradıblar.

 

Xarici KİV-lər xəbər verir ki, TACSI mikrorobotları dəyirmi formada, insan saçının yarısı qalınlığında, 30 mikrometrə bərabərdir. Onların tərkibində flüoresan boya olan qızıl nanorodlar var və yosunlardan əldə edilən polimer materialla əhatə olunub. Güman edilir ki, lazerlə idarə olunan bu cür botlar temperaturun dəyişməsi ilə onları stimullaşdıraraq hüceyrə qruplarına keçə biləcəklər.

 

Mikrobotların istehsalı "mikro maye çipləri" əsasında qurulub. Biomaterial çipin sol tərəfindəki kanal vasitəsilə daxil edilir, sonra 15-60 mikrometrlik kanallar vasitəsilə yuxarıdan və aşağıdan xüsusi komponentləri olan yağ əlavə edilir. Tamamlanmış robotlar sağda görünür.

 

Təcrübələr zamanı TACSI mikrorobotları infraqırmızı lazer isitmə üsulu ilə böyrək hüceyrələrinə yönəldilib. Məlum olub ki, hüceyrələrin ion kanalları müəyyən temperaturda açılır, məsələn, kalsiumun hüceyrələrə daxil olması üçün. İstilik stimullaşdırılması yaraları müalicə etmək və ya yüksək temperaturla öldürülən xərçəng hüceyrələri ilə mübarizə aparmaq üçün istifadə edilə bilər.

 

Azərtac