Xəbər lenti

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:42

4SİM və Stenford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

Pedaqoji yazılar

Daha çox göstər
Uğursuzluqdan sonra qayğı daha vacibdir
22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

Uşaqlıq həyatın ən qayğısız dövrü kimi çox ideallaşdırılır. Halbuki ən kiçik yaşlardan başlayaraq uşaqlardan çox şey tələb olunur. Onlar bağça və məktəbdə sinif otağına, yaşıdlarına, tərbiyəçi və müəllimə uyğunlaşmalı, ətrafdakı insanlarla münasibət qurmalı, problemlər həll etməli olur. Təəssüf ki, qeyri-müəyyən və mürəkkəb dünyada böyümək uşaqlara qayğısız həyat vəd etmir.Amerika Psixoloqlar Assosiasiyasının məqaləsində bildirilir ki, həyatda rastlaşacağı çətinliklərin, uğursuzluq və məyusluqların öhdəsindən gəlmək üçün uşaqlara öyrədilməli bacarıqlardan ən vacibi dözümlülük olmalıdır.Dözümlülük - çətinlik, travma, faciə, təhdid və ya stresslərə uyğunlaşmaq bacarığı övladlarımızın qeyri-müəyyən hisslərinin idarə olunmasına kömək edə bilər.Rasional-emosional davranış terapiyasının (REBT) müəllifi, amerikalı psixoterapevt Albert Ellis bildirir ki, uşaqlara kiçik yaşlarından məyusluqlara dözməyi öyrətmək onların həyatın çətinliklərinə cavab verə bilmələri üçün vacibdir.Məyusluğa dözmək anadangəlmə bir bacarıq deyil. Bu, üzərində işlənə və zamanla inkişaf etdirilə bilən münasibətdir. Hər bir uşağın xarakteri unikaldır və bu onların həssaslıq və dözümlülük həddini müəyyən edir. Bəzi uşaqlar çətinliklərə daha kəskin reaksiya verir, digərləri isə uğursuzluqları qəbul etmək və onlara uyğunlaşmaq qabiliyyətini nümayiş etdirirlər.Bundan əlavə, düzgün emosional təhsil uşaqlara öz hisslərini tanımaq, müəyyənləşdirmək və idarə etmək üçün açardır. Onlar hisslərini müəyyənləşdirmək, bu emosiyaları idarə etmək üçün sağlam strategiyalar axtarmağı öyrəndikdə çətinliklərdən daha konstruktiv şəkildə çıxmağa imkan verən yollar tapırlar.Eyni zamanda, ailə mühiti və valideynlik tərzi uşaqların məyusluq və uğursuzluqların öhdəsindən gəlmək bacarığında həlledici rol oynayır.Əsas odur ki, ifrata varmaqdan çəkinin: valideynin avtoritar üslubu uşaqlarda daimi və onu zəiflədən məyusluq yarada bilər. Belə üslub uşağın çətinliklərlə üzləşməsinin qarşısını almağa yönəlsə də, onun inkişafını məhdudlaşdırır. Valideynlər övladlarının əvəzinə hər şeyə qərar verməklə və ya onları problemli vəziyyətlərdən qorumaqla əslində uşaqları maneələrin öhdəsindən gəlmək və emosional inkişaf üçün lazımi bacarıqları inkişaf etdirmək imkanından məhrum edirlər. Doğru yol onlara daha müstəqil olmağa imkan verən və sağlam böyümələrinə kömək edən yanaşmadadır.Psixoloqların uşaqlara məyusluğun öhdəsindən gəlməyi öyrətmək üçün valideynlərə tövsiyələri belədir:Övladınıza duyğularını tanımaqda kömək edin. Onlara hisslərini adlandırmağı öyrədin. Kədər, qəzəb və ya məyusluq kimi duyğularını tanımaq və ayırd etmək onların daxili dünyalarını anlamasına yardım edəcək.Nümunə olun. Gündəlik problem və çətinliklərin öhdəsindən necə gəldiyinizi nümunə ilə göstərin. Uşaqlar müşahidə edərək öyrənirlər və valideynin problemlərə münasibəti onlar üçün ən yaxşı dərsdir.Övladınızın əvəzinə hər şeyə qərar verməyin. Hər şeyə “hə” deməyin və ya övladınızın özbaşına həll etməyi öyrənə biləcəyi problemləri onun yerinə həll etməyin. Onlara istədiklərini əldə etmək üçün zəhmətin dəyərini, həmçinin “yox” deməyin və məhdudiyyətlər içində yaşamağın vacibliyini öyrədin.Sərhədləri qoruyun. Uşaqlar öyrənməlidirlər ki, istədiklərini həmişə əldə edə bilmirlər. Bunun səbəb ola biləcəyi qəzəblə konstruktiv şəkildə mübarizə aparmağa kömək edin.Əzmkarlığı təşviq edin. Övladınıza izah edin ki, səy ona bir çox çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər. Problemlərlə üzləşmək və həll edə biləcəklərini öyrənmək onların özlərinə inamlarını və məyusluğa qarşı dözümünü artıracaq.Alternativlər təklif edin. Əgər tapşırıq çox çətin görünürsə, övladınıza məqsədə çatmağın başqa yolunu göstərin. Öz yanaşmanızı uyğunlaşdırmaq problemin öhdəsindən gəlməyin açarı ola bilər.Çətinlikləri öyrənmək imkanına çevirin. Məyusluq anı keçdikdən sonra, nəyin alınıb-alınmadığını birlikdə müzakirə edə bilərsiniz. Beləliklə, övladınız gələcəkdə oxşar vəziyyətlər qarşısında daha hazırlıqlı olacaq.Bu mesaj uşaqlara əsl uğurun heç vaxt uğursuzluğa düçar olmamaq deyil, hər cəhddən nəsə öyrənmək olduğunu anlamağa kömək etmək üçün vacibdir.Uşaqlara izah olunmalıdır ki, hissləri gizlətmək lazım deyil. İnsanların məyusluqla qarşılaşdıqda kədər və ya qəzəb kimi emosiyalar yaşaması normaldır. Valideyn olaraq tez-tez “Vəziyyət o qədər də pis deyil” və ya “Narahat olma, keçəcək” kimi sözlər söyləyərək onları dərhal yaxşılaşdırmağa çalışırıq. Bu ifadələr yaxşı niyyətli olsa da, övladınıza hisslərinin və ağrılarının əhəmiyyətsiz olduğunu hiss etdirə bilər.Bunun əvəzinə, onların duyğularını dinləməyə və onları qəbul etməyə çalışın.Uğursuzluq dövrlərində uşaqların qayğıkeş böyüklərə daha çox ehtiyacı olur. Unutmayaq ki, onlar sadəcə “Hər şey yaxşı olacaq” deməklə kifayətlənməyən, əslində uğursuzluğun öyrənmək üçün fürsət olduğunu izah edən, dözümlülüyün məyusluğun olmaması deyil, davam etmək üçün güc tapmaq bacarığının olduğunu nümunə göstərən valideynlərə ehtiyac duyurlar.Amerikalı psixoloq Martin Seligman qeyd edir ki, “uşaqlara həyatın yalnız sevinc anlarını deyil, həm də məyusluqları ilə üzləşməyi öyrətmək onların gələcək rifahının təməlidir”.Tədqiqatlar göstərir ki, dözümlülük bacarığına yiyələnmiş uşaqlar daha güclü sosial əlaqələr qurur, emosional rifahlarını qoruyur və həyat boyu daha balanslı seçimlər edə bilirlər.Psixoloq Karol Dvekin “inkişafyönlü düşüncə” konsepsiyası da göstərir ki, səhvləri uğursuzluq kimi deyil, öyrənmək fürsəti kimi görən uşaqlar daha irəli gedirlər. Dözümlülük təkcə fərdi bacarıq deyil, həm də sosial dəstək şəbəkələri ilə möhkəmlənən bir keyfiyyətdir. Bu keyfiyyət isə valideyn, müəllim və cəmiyyətin birgə məsuliyyəti ilə formalaşır.Ona görə də valideynlər və müəllimlər yalnız bilik ötürən deyil, həm də dözümlülüyü, emosional sabitliyi və problem həll etmək bacarığını təşviq edən bələdçilər olmalıdırlar. Unutmayaq ki, gələcəyin güclü və sağlam fərdləri bu gün çətinliklərdən qorunan deyil, onların öhdəsindən gəlməyi öyrənən uşaqlar arasında yetişəcək.Ən əsası isə uşaqlara öyrədilməlidir ki, “uğur” heç vaxt yalnız nəticə ilə ölçülmür; bəzən ən böyük uğur yıxıldıqdan sonra ayağa qalxmağı bacarmaqdır.Mənbə: “Azərbaycan məktəbi" jurnalı

BU TƏHSİLİ ALMAQ ÇƏTİN OLARDI

Yüklənir

BU TƏHSİLİ ALMAQ ÇƏTİN OLARDI

Dövlət proqramı olmasaydı, bu təhsili almaq çətin olardı.”

21 avqust, 16:33
DÖVLƏT PROQRAMI İNSAN KAPİTALINA EDİLƏN ÖNƏMLİ SƏRMAYƏDİR

Yüklənir

DÖVLƏT PROQRAMI İNSAN KAPİTALINA EDİLƏN ÖNƏMLİ SƏRMAYƏDİR

Dövlət Proqramı insan kapitalına edilən önəmli sərmayədir”

21 avqust, 11:08
1000-Ə YAXIN VAKANT YER BİRLƏŞDİRİLİB

Yüklənir

1000-Ə YAXIN VAKANT YER BİRLƏŞDİRİLİB

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib.

21 avqust, 11:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladı

Yüklənir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladı

26 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar ...

21 avqust, 11:02

Populyar xəbərlər

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı
30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

“2022-ci ildən keçirilən sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. O qeyd edib ki, 2025-ci ildə keçirilmiş sertifikatlaşdırılma imtahanında 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimi iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib:“Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.

Qəzetin PDF arxivi

Daha çox göstər
16 avqust 2025-ci il, №30 (9136)
18 avqust, 09:39

16 avqust 2025-ci il, №30 (9136)

10 avqust 2025-ci il, №29 (9135)
11 avqust, 10:04

10 avqust 2025-ci il, №29 (9135)

2 avqust 2025-ci il, №28 (9134)
4 avqust, 10:08

2 avqust 2025-ci il, №28 (9134)

26 iyul 2025-ci il, №27 (9133)
28 iyul, 10:12

26 iyul 2025-ci il, №27 (9133)

19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

21 iyun 2025-ci il, №22 (9128)
21 iyun, 09:43

21 iyun 2025-ci il, №22 (9128)

15 iyun 2025-ci il, №21 (9127)
17 iyun, 09:43

15 iyun 2025-ci il, №21 (9127)

Transliterasiya olunmuş "Məktəb" jurnalı
11 iyun, 16:51

Transliterasiya olunmuş "Məktəb" jurnalı

6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.