NASA “James Webb” kosmik teleskopu vasitəsilə Yerdən 8,6 dəfə böyük olan “K2-18 b” ekzoplanetində apardığı yeni araşdırma zamanı metan və karbon dioksid də daxil olmaqla, karbon daşıyan molekulların mövcudluğunu ortaya çıxarıb.

 

NASA-nın rəsmi saytı xəbər verir ki, “James Webb” kosmik teleskopunun yeni kəşfi “K2-18 b” planetinin hidrogenlə zəngin atmosferə və su okeanı ilə örtülmüş səthə sahib olmaq potensialına malik olan “Hikean” ekzoplaneti ola biləcəyini göstərən son araşdırmaları təsdiq edir. Yaşayış üçün əlverişli zona olan bu ekzoplanetin atmosfer xüsusiyyətlərinə dair ilk fikir NASA-nın “Hubble” kosmik teleskopu ilə aparılmış müşahidələr zamanı ortaya çıxıb və bu, o vaxtdan bəri sistem anlayışını dəyişdirən əlavə tədqiqatlara səbəb olub.

 

“K2-18 b” zonasının ətrafında “cırtdan” ulduz olan “K2-18” dövr edir və Yerdən 120 işıq ili uzaqlıqda, Şir bürcündə yerləşir. Ölçüləri Yer və Neptun arasında olan “K2-18 b” kimi ekzoplanetlər Günəş sistemindəki heç bir göy cisminə bənzəmir. Yaxınlıqdakı ekvivalent planetlərin olmaması o deməkdir ki, bu "alt-Neptunlar" zəif başa düşülür və onların atmosferlərinin təbiəti astronomlar arasında fəal müzakirə mövzusudur.

 

“K2-18 b” alt-Neptununun “Hikean” ekzoplaneti ola biləcəyi ilə bağlı təklif maraqlıdır, çünki bəzi astronomlar bu göy cisimlərində həyat əlamətlərini axtarmaq üçün onların perspektivli mühit olduğuna inanırlar. Metan və karbon qazının bolluğu və ammonyak çatışmazlığı “K2-18 b” ekzoplanetində hidrogenlə zəngin atmosferin altında su okeanının ola biləcəyi fərziyyəsini dəstəkləyir. “James Webb” kosmik teleskopunun ilkin müşahidələri, həmçinin dimetil sulfid (DMS) adlı bir molekulun kəşf edilməsini təmin edib. Bu molekul Yer üzündə və hər hansı planetdə canlı həyat əlamətidir. Yerin atmosferindəki DMS-nin əsas hissəsi dəniz mühitindəki fitoplanktondan yaranır.

 

“James Webb” kosmik teleskopu dünyanın ilk kosmik elmi rəsədxanasıdır. O, Günəş sistemindəki sirləri aşkar edir, digər ulduzların ətrafındakı uzaq dünyalara nəzər salır, kainatın sirli strukturlarını və mənşəyini araşdırır. Bu teleskop NASA-nın tərəfdaşları olan ESA (Avropa Kosmik Agentliyi) və Kanada Kosmik Agentliyi ilə birlikdə həyata keçirilən beynəlxalq proqramdır.

 

Azərtac