Astronomlar Yer kürəsinə yaxın ekzoplanetin su ilə zəngin ola biləcəyini araşdırıblar.

 

Kanadanın Monreal və Toronto universitetlərinin alimləri Yerdən 50 işıq ili aralığında yerləşən Kit ulduzlar topasında “LHS 1140b” ekzoplanetini öyrəniblər. Onlar bu qənaətə gəliblər ki, bu planet həyat üçün yararlı ola və özündə böyük həcmdə maye su saxlaya bilər. Tədqiqat “The Astrophysical Journal Letters” (TAJL) elmi jurnalında dərc olunub.

 

“LHS 1140b” kiçik ulduzun ətrafında dövr edir, onun ölçüsü və kütləsi Günəşin göstəricilərinin təxminən 20 faizini təşkil edir. Planetin özü Yerdən 1,7 dəfə böyükdür. Bütün müşahidələrin təhlili göstərib ki, səma cismi xalis daşlıq üçün kifayət qədər sıx deyil. Bu isə suyun çoxluğuna, yaxud da hidrogen və heliumdan ibarət sıx atmosferin mövcudluğuna işarədir.

 

Astronomların fikrincə, qeyri-şəffaf ulduz öz aşağı aktivliyi sayəsində planetdə həyat üçün yararlı şəraitə malik ola bilər.

 

Kanada alimləri “Ceyms Uebb” kosmik teleskopundan istifadə edərək “LHS 1140b” planetini öyrənmək niyyətindədirlər. Əgər planetin səthində suyun mövcudluğu təsdiqlənərsə, o halda bu, Günəş sisteminin hüdudları kənarında ilk belə kəşf olacaq.

 

Azərtac