Alper Gezeravcı kosmosda 13 fərqli elmi təcrübə həyata keçirəcək


Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti saatlar sonra başlayacaq. 

 

Türkiyə mətbuatı xəbər verir ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk kosmos səyyahı Alper Gezeravcı ilə videokonfrans vasitəsilə görüşüb. Prezident Beynəlxalq Kosmos Stansiyasına gedəcək səyyaha bu yolda uğurlar arzulayıb, onun bu uçuşunun gənclərdə böyük motivasiya yaradacağını vurğulayıb.

 

Qeyd edək ki, canlı yayımlanacaq səyahəti elm mərkəzləri və meydanlardakı tədbirlərlə də izləmək  mümkün olacaq. Gezeravcı 14 gün ərzində Beynəlxalq Kosmik Stansiyada (BKS) universitetlər və araşdırma qurumları tərəfindən hazırlanan 13 fərqli elmi təcrübə həyata keçirəcək.