A.Məlikov adına  11 nömrəli  onbirillik musiqi məktəbinin yetirmələri Əkbər Məmmədli və Elnar Əzizli növbəti uğura imza atıblar.  Müxtəlif  müsabiqələrə, istedad yarışmalarına qatılan,  Saz ixtisası üzrə təhsil alan  bu gənclər  ÜMİD-2024 Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla çıxış ediblər.  Belə ki, Əkbər Məmmədli I dərəcəli laureat, Elnar Əzizli isə II dərəcəli laureat adına layiq görülüb.

 

Qeyd edək ki, müsabiqə Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilib.

 

Sifai SƏFƏROVA