Salyan rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir və inşa müsabiqəsi keçirilib.

 

Müsabiqəni keçirməkdə əsas məqsəd müstəqilliyimizin tarixi yolunu işıqlandırmaq, gənc nəslə Vətənə məhəbbət hisslərini aşılamaq, şagirdlərin Dövlət müstəqilliyimiz haqqında biliklərini yoxlamaq, Azərbaycan xalqının tarixinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin öz bilik və bacarıqlarının, intellektual potensialının effektli reallaşdınlmasma nail olmaq və istedadlı, yaradıcı gəncləri üzrə çıxarmaqdır.

 

İnşa müsabiqəsində hər məktəbdən 2 (VIII-X sinif) şagird iştirak edərək dövlət müstəqilliyimizə, Azərbaycançılıq məfkurəsinə həsr olunmuş mövzularda inşa yazıb.

 

Şeir müsabiqəsində də eyni mövzularda şeirləri V-XI sinif şagirdləri səsləndiriblər.

 

Münsiflər heyətinin yekun qərarına əsasən qaliblər elan olunaraq müsabiqəyə yekun vurulub.