Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyənin Afyon Kocatəpə Universiteti arasında Erasmus+ layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən, LDU-nun 4 tələbəsi yaz semestrini adıçəkilən universitetdə oxumaq şansı qazanıb.

 

Universitetdən bildirilib ki, “Baytarlıq təbabəti” ixtisasının 4-cü kursunda təhsil alan Şəndil İsmayılova, İsa Hüseynzadə, Sadiq  Pənahlı və Pənah Əmənov artıq Türkiyədədir və  Afyon Kocatəpə Universitetində qeydiyyatdan keçərək tədris prosesində iştirak edirlər.