Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.

 

Dəniz Məmmədzadə BMT-nin Azərbaycandakı proqramlarına gənclərin səslərinin daxil edilməsi və təşkilatın yerli qurumunun ölkə gəncləri ilə əməkdaşlığının, dialoq və tərəfdaşlığın genişləndirməsi istiqamətində məsləhətlər verəcək.

 

UNYAC üzvləri BMT Azərbaycan və BMT tərəfindən gənclərlə bağlı regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edəcəklər. Onlar 2021-25-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin planlaşdırılması və təhlili ilə bağlı müzakirələrin bir parçası olacaq, BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə razılaşdırılmış məsələlər üzrə müxtəlif gənclər qrupları ilə məsləhətləşmələr aparacaqlar.

 

Şakir CƏFƏROV