Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisasının rus bölməsi üzrə IV kurs tələbələrinin Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mərkəzi laboratoriyasında istehsalat təcrübəsi davam edir.

 

BDU-dan bildirilib ki, tələbələr təcrübə dövründə torpaqlarda icra olunan aqrokimyəvi analizlərin nəzəri əsasları, torpaq nümunələrinin qeydiyyatı, analizə hazırlıq proseslərini mənimsəyəcəklər. 

 

Tələbələr, həmçinin pH, Ec, ümumi azot, mənimsənilə bilən fosfor, orqanik karbon, kirəc, aqrofiziki parametrlər olan qranulometrik tərkib, tarla su tutumu, hoqroskopik nəmlik və s. aqrokimyəvi analizlərin aparılması prosesində iştirak edəcək, müasir cihazlardan istifadə etməklə təhlilini öyrənəcəklər.