“2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır”.

 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.

 

O bildirib ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi bu il 15 yanvar tarixindən etibarən ilk dəfə vətəndaşlara təqdim olunub.

 

"Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına daxil olaraq məktəblərin ünvanları və həmin məktəblərin ərazisi hesab edilən ünvanların siyahısı ilə tanış ola bilərlər”.