Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə SDU-da “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı davam edir.

 

Sumqayıt Dövlət Universitetində SABAHAcademy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində növbəti modullar 5-6 aprel tarixlərində baş tutacaq. "StartupDeal" şirkətinin həmtəsisçisi Haydar Külekçi "Bazar araşdırması və bazara giriş", Proqram Mütəxəssisi və Bilik İdarəetmə Eksperti Şerif Esin "Kodsuz alətlər və istifadəçi interfeysinin əsaslarına giriş" mövzusunda dərslər keçirəcək.