Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı, şərqşünaslıq, ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamızı qoruyaq” adlı rəsm müsabiqəsi elan edilib.

 

BDU-dan bildirilib ki, müsabiqədə iştirak üçün konkret tələblər var:

  • Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.) və ölçüsü ən azı A4 formatında olmalıdır;
  • Rəsmlərin aşağı sağ küncündə gəncin adı, soyadı və təhsil aldığı fakültə qeyd olunmalıdır; 
  • Tələbə rəsm əsəri ilə olan fotoşəklini də göndərməlidir;
  • Hər bir tələbə müsabiqəyə yalnız bir rəsm əsəri təqdim edə bilər;
  • Müsabiqəyə işlər aprelin 26-dək göndərilməlidir.

 

Qeydiyyat linki: https://forms.gle/jmzKFyQePb4kyGrv6