Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 2023-2024-cü tədris ili üzrə nəzərdə tutulan “Refleksiv müəllim” layihəsi ilə bağlı növbəti seminar keçirilib.

 

Seminar aprelin 2-də Binəqədi rayonu 276 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün təşkil olunub. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Ağayeva 6-cı sinif “Azərbaycan dili” dərsliyində olan “Zərfin mənaca növləri” mövzusu üzrə icmal təqdim edib.

 

Seminarda dərs mövzusunun alt standartlara uyğun təşkili, tapşırıqların dərsin məqsədinə uyğun hazırlanması, istifadə olunan metodlar, refleksiv sualların qoyulması, qiymətləndirmə meyarları, standartın reallaşdırılması məsələləri müzakirə olunub.

 

Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

 

Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.