Bakı Slavyan Universitetində (BSU) "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində "İnklüziv təhsildə əməkdaşlıq məsələləri" mövzusunda seminar təşkil olunub.

 

"House of Dreams" cəmiyyətə inteqrasiya mərkəzinin təsisçisi Nərgiz Əliyeva təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, cəmiyyətin autizmli şəxslərlə işləmək bacarıqlarına yiyələnməsinin vacibliyindən söz açıb. Qeyd edib ki, autizmli uşaqların emosional cəhətdən inkişafı üçün mərkəzlərin işi düzgün təşkil olunmalı, bu mərkəzlər valideynlərlə sıx əməkdaşlıq etməlidir.  

 

Autizm üzrə beynəlxalq konsultant, "House of Dreams" cəmiyyətə inteqrasiya mərkəzinin direktoru, autizmli şəxs Villiam Peters öz şəxsi təcrübəsi ilə bağlı tələbələrə məlumat verib. Villiam Peters autizm fərqliliyinin öhdəsindən gəlmək üçün uşaqlarda müvafiq sosial bacarıqların formalaşdırılması yollarından bəhs edib.

 

Sonda tələbələrin sualları cavablandırılıb.