Ağdaş şəhər Nizami adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nuralı Məmmədov İctimai TV-nin efirində yayımlanan “Əlaçı” intellektual oyununun 17-ci mövsümündə Respublika çempionu olub.
 
 
Uğuru barədə "Azərbaycan müəllimi" qəzetinə danışan Nuralı riyaziyyat fənnini və idmanı çox sevdiyini, mütəmadi olaraq məşğul olduğunu deyib. O bildirib ki, 4-cü sinifdə onu xüsusi qabiliyyətinə görə vaxtından əvvəl bir sinif yuxarı keçirmək istəyiblər, lakin sinif yoldaşlarından ayrılmaq istəmədiyi üçün bundan imtina edib.
 
 
İntellektual oyunlara xüsusi marağı olan Nuralı Məmmədov dəfələrlə rayondaxili intellektual oyunların iştirakçısı olub və fərqlənib. IX sinif buraxılış imtahanlarında 268,5 bal toplayaraq yüksək nəticə əldə edib. Bu il isə IV ixtisas qrupu üzrə imtahanlara hazırlaşır. İnanır ki, nəticələri yüksək olacaq. Hədəfi savadlı və bacarıqlı həkim olub xalqına xidmət etməkdir.