Aprelin 17-dən “Sabahın alimləri” XIII Respublika müsabiqəsinə start verilir. 

 

“Azərbaycan müəllimi” Təhsil İnstitutuna istinadən xəbər verir ki, umumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə layihələrini təqdim edəcəklər.

 

Müsabiqə 3 gün davam edəcək.