Aprelin 21-də "Yüksəliş" müsabiqəsinin ümumi biliklər imtahanı keçiriləcək.  

 

“Azərbaycan müəllimi” “Yüksəliş”ə istinadən imtahanın strukturunu təqdim edir:

- Azərbaycan bloku – 25 sual

- Dünya bloku – 25 sual

- İdarəetmənin əsasları – 25 sual

- Müasir trendlər – 25 sual

 

Hər blok üzrə təqdim olunan 25 sualdan 15-i qapalı, 10-u isə isə açıq, yəni seçim suallarıdır. Ümumi biliklər imtahanından keçid balı  60 və daha yuxarıdır.

 

Onlayn şəkildə baş tutacaq imtahana internet bağlantısı olan kompüterlə istənilən məkandan qatılmaq olar.

 

Qeyd edək ki, imtahana smartfon və planşet vasitəsilə daxil olmaq mümkün deyil.